Federal Mühafizə Xidməti (, qısaca FPS) — Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin Milli Müdafiə və Proqramlar Direktorluğunun () təhlükəsizlik və polis bölməsidir. ABŞ-də 9000-dən çox federal binanın mühafizəsinə cavabdehdir.
Federal Mühafizə Xidməti əvvəllər İmmiqrasiya və Gömrük Mühafizəsinin bir hissəsi olmuşdur, lakin 2009-cu ilin oktyabr ayından Milli Müdafiə və Proqramlar Direktorluğunun tərkibinə daxil edilmişdir.
Təklif olunan xidmətlər
İlkin Mühafizə Xidmətləri Obyektin təhlükəsizliyinin qiymətləndirilməsinin aparılması Federal binalar üçün mühafizə tədbirlərinin hazırlanması Uniformalı hüquq-mühafizə qüvvələrinin təmin edilməsi Müqaviləli silahlı mühafizəçilər ilə təmin etmək Müqaviləli işçilərin təhlükəsizlik təhqiqatlarının aparılması Mərkəzi rabitə mərkəzlərinin vasitəsilə təhlükəsizlik siqnallarının izlənilməsi
Əlavə Mühafizə Xidmətləri Cinayət təhqiqatları işlərində köməklik göstərmək Yerli, regional və federal səviyyəli agentliklərlə kəşfiyyat məlumatlarının bölüşülməsi Xüsusi tədbirlərin mühafizəsinin təşkil edilməsi FEMA ilə müştərək formada fəaliyyət göstərərək təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması Xüsusi əməliyyatların yerinə yetirilməsi (K-9 ilə bərabər partlayıcı maddələrin müəyyən edilməsi kimi)
Axır zamanlarda left|thumb|2010-cu ildə görülmüş FPS cipi.
28 oktyabr 2009-cu il tarixində ABŞ Prezidenti Barak Obama Federal Mühafizə Xidmətinin İmmiqrasiya və Gömrük Mühafizəsindən Milli Müdafiə və Proqramlar Direktorluğuna köçürülməsi haqqında qanunu imzalamışdır.
right|thumb|Federal Mühafizə Xidmətinə məxsus olan avtomobil.
İstinadlar Kateqoriya:ABŞ silahlı qüvvələri