Xolestaz sindromu — geniş mənada ödün bağırsağa tökülməsinin azalması, qaraciyərdə və öd yollarında durğunluğudur. Funksional baxımdan xolestaz bağırsaqda ödün azlığına, qanda isə artmasına — xolemiyaya səbəb olur. Xolestaz kilinik olaraq sarılıq (bilirubin artımı) və qaşıntı (öd turşularına bağlı) ilə ortaya çıxır. Laborator olaraq xolestatik enzimlərin (qələvi fosfataza – QF, qamma-qlutamil-transferaza–QQT, 5-nukleotitaza–5 NZ) və öd komponentlərinin (bilirubin, öd turşuları, xolesterin) qanda artması ilə müşayiət olunur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Öd yolları xəstəlikləri Kateqoriya:Hepatologiya Kateqoriya:Qaraciyər xəstəlikləri