İradə Quliyeva — Azərbaycalı keçmiş qadın futbolçu, qadınlardan ibarət milli komandanın keçmiş kapitanı, əməkdar məşqçi, "B" kateqoriyalı baş məşqçi
Həyatı və Karyerası İdmançı ailəsində dünyaya göz açmışdır. Atası SSRİ Əməkdar Məşqçisi adına layiq görülüb. Qardaşı futbol nəşqçisi olaraq fəaliyyət göstərir.
1980-ci ildə "Spartak" stadionunda məşqlər edirdi. O dövr "Bakinka" klubunda forma geyinirdi.. Həmçinin "Bakılı" qadın futbol klubunun da tanınmış futbolçusu olmuşdur.
1981 — SSRİ Bürünc medal əldə etdi.
2005/2006 — Gömrükçü klubu ilə, UEFA Çempionlar Liqasıın qrup mərhələsində Azərbaycanı təmsil etmişdir. O sezondan etibarən Azərbaycan milli futbol komandasının kapitanı kimi çıxış etməyə başladı.
2022 — "Gömrükçü" klubunun baş məşqçisi kimi artıq uzun müddət idi fəaliyyət göstərirdi.
2023 — Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Araz Naxçıvan" qadın futbol klubunun baş məşqçisi kimi fəaliyyət göstərir.
Uğurlarları SSRİ Qadın Çempionatı Bürünc — (1981)
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın futbolçuları