Deşdahat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
Toponimikası Deşdahat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini vaxtilə Böyük "at (indiki Hat) kəndindən ayrılmış ailələr Dəşt adlanan yerdə saldığına görə belə adlandırılmışdır. Oykonim dəşt (İran dillərində "çöl") və Hat (toponim) komponentlərindən düzəlmiş bu coğrafi ad "çöldə yerləşən Hat kəndi" mənasındadır. Dəştəhat variantında da qeydə alınmışdrr.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri