Murtazaqulu xan Ziyadoğlu — Türkman Qacar tayfasınım qolu olan Ziyadoğlu ailəsinə mənsub olan Səfəvi imperiyası hərbi xadimi.
Həyatı Murtazaqulu xan Ziyadoğlu 1651-ci ildən etibarən Səfəvi Gürcüstanının bir hissəsi olan Kaxetinin hakimi təyin edilmişdir. Elə həmin ildən etibarən o, eyni zamanda mərkəzi Gəncədə yerləşən Qarabağ bəylərbəyliyinin də idarəçiliyini öz üzərinə götürdü. O dövrdə Gürcüstanın idarəsi Qarabağa tabe etdirilmişdi. Çox güman ki, Murtəzaqulu xanın bu iki vilayəti idarə etməsi də bununla əlaqəli olmuşdur. Beləliklə o, həm Qarabağ bəylərbəyliyinin, həm də Kaxetin hakimi olaraq xidmət etməyə başladı. O, 1664-cü ilə qədər Qarabağ bəylərbəyi olsa da, Kaxeti neçənci ilə qədər idarə etməsi bəlli deyil.
O, Qacar tayfasının Ziyadoğlu qolundan idi.
Həmçinin bax Qarabağ bəylərbəyliyi Ziyadoğluları
İstinadlar
Mənbə
Kateqoriya:Qarabağ bəylərbəyiləri