San-Antonio Universiteti — Texas ştatının (ABŞ) San Antonio şəhərində yerləşən ictimai tədqiqat universiteti. Universitet San Antonionun ən böyük universitetdir. Burada 34 000-dən çox tələbə təhsil alır.https://web.archive.org/web/20191207195702/http://www.utsa.edu/ir/content/dashboards/student-demographics.html
Universitet "R1: Doktorantura — Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddirhttps://web.archive.org/web/20180925025453/http://carnegieclassifications.iu.edu/lookup/view_institution.php?unit_id=229027 və 170-dən çox dərəcə variantları təklif edir.
1969-cu ildə qurulan universitet, Texasda tələbə sayına görə üçüncü ən böyük təhsil müəssisəsi oldu. Universitetin yerli iqtisadiyyata təsiri 1,2 milyard dollardır.
Tarixi San Antonio Universitetinin rəsmi açılışı 5 iyun 1969-cu ildə 61-ci Texas Qanunverici orqanının qərarıyla, Qubernator Preston Smith tərəfindən imzalanmışdır."2012–2013 Information Bulletin ". UTSA. Retrieved November 15, 2012."A Guide to the UTSA General Information and University History Collection, 1967–2009 ". UTSA Special Collections. Retrieved November 15, 2012
1970-ci illərin sonlarında bakalavr və magistratura pilləsi üzrə tələbə qəbulu 9400 nəfər təşkil edirdi.https://web.archive.org/web/20170218200319/http://www.utsa.edu/about/history/timeline.html
1986-cı ildə San-Antonio Universiteti ştatda multikultural təhsil mərkəzi olan Texas Mədəniyyətləri İnstitutunu kampus kimi aldı. Həmən il ərzində həm universitet mərkəzi, həm də universitetin kampusdakı ilk yaşayış kompleksi olan Şişolm Hall açıldı.
1994-cü ildə ABŞ Təhsil Departamenti universiteti İspan Xidməti Təşkilatı (İXT) olaraq təyin etdi.
2000-ci ildə universitet milli nüfuzunu və seçiciliyini kəskin şəkildə artırmaq üçün uzunmüddətli kampaniyaya başladı. 2007-ci ildə bu kampaniya üçün bələdçi kimi və qurumun gələcək inkişafını istiqamətləndirmək üçün "Master Plan" yaradılmışdır.
Akademik strukturu thumb|2013-cü ilin açılış tədbirini izləmək üçün Alamodo stadiomunda 40.000-dən çox tamaşaçı toplaşıb."UTSA moves graduation to Alamodome". KSAT 12. Retrieved May 16, 2013.|alt=|280x280px
San-Antonio Universiteti 66 bakalavr, 68 magistr və 25 doktorantura proqramı təklif edən doqquz kollecdən ibarətdir:
Alvarez Biznes kolleci Təhsil və İnsan İnkişafı kolleci Mühəndislik və İnteqrasiya Mühəndislik kolleci Fəxri kolleci Gözəl Sənətlər kolleci Səhiyyə, Cəmiyyət və Siyasət kolleci Elm Kolleci Universitet kolleci
Bütün proqramlar Cənub Kolleclər və Məktəblər Assosiasiyası tərəfindən tam akkreditə olunub və San-Antonio Universiteti Kollec Biznes Məktəblərini İnkişaf etdirmək Assosiasiyası tərəfindən təyin olunub.
Elm kolleci, San Antoniodakı Cənub-Qərb Tədqiqat İnstitutu, Texas Biotibbi Tədqiqat İnstitutu və YT Health-San Antonio kimi digər aparıcı tədqiqat institutları ilə əməkdaşlıq edir.
2005-ci ildən San-Antonio Universiteti və Cənub-Qərb Tədqiqat İnstitutu kosmik fizikaya yönəlmiş birgə doktorluq proqramını dəstəkləyir."Academic Highlights ". The University of Texas at San Antonio. Retrieved May 17, 2013.
Universitet Milli Təhlükəsizlik Agentliyinin azsaylı üzvlərindən biridir.
İspan dilinə xidmət müəssisəsi mükafatını qazanan San-Antonio Universiteti 2020-ci ildə "Excelencia in Education's Seal of Excelencia" mükafatının sahibi oldu.
Universitetin tələbə və məzunları Ford Xeyriyyə təqaüdü, Milli Elm Fondu təqaüdü, Barri Qoldoter və Təhsildə Mükəmməllik Fondu təqaüdü və Fulbrayt təqaüdü kimi nüfuzlu təqaüdlərə layiq görülmüşlər.
2021-ci ildə San-Antonio Universiteti Karnegi Mellon Universiteti, Miçiqan Universiteti, Massaçusets Texnologiya İnstitutu və Harvard Universiteti kimi digər milli universitetlərə qoşularaq dörd Barry Goldvter təqaüdü alan yeganə universitet oldu.
Universitet tərəfindən 2018-ci ilin noyabrında başlayan İnsan Sağlamlığı Təşəbbüsü proyekti 2019-cu ildə insan sağlamlığının yaxşılaşdırılmasına həsr olunmuş innovativ yeni kollec kimi Səhiyyə, İcma və Siyasət kolleclərinin yaradılmasına səbəb oldu.
Kollecləri
Alvarez Biznes kolleci Məlumat Elmləri məktəbi Təhsil və İnsan İnkişafı kolleci Klesse Mühəndislik və İnteqrasiya Dizayn kolleci Sağlamlıq, İcma və Siyasət kolleci Fəxri kolleci Liberal və Gözəl Sənətlər kolleci Elmlər kolleci Universitet kolleci
Reytinqləri thumb|San-Antonio Universiteti Biotexnologiya və Mühəndislik Binası
U.S. News & World Report jurnalı San-Antonio Universitetini bütün bakalavr və magistr proqramlarına malik olan və təməlqoyucu tədqiqatlar hazırlamağa sadiq olan milli universitetlər arasında sıralayır.
San-Antonio Universiteti Times Higher Education tərəfindən 2012, 2014, 2016, 2017, 2018, 2019-cu illərdə 50 yaşdan kiçik olan ən yaxşı universitetlərdən biri kimi tanınıb.
2014-cü ildə Hewlett-Packard (HP) üçün Ponemon İnstitutu tərəfindən sertifikatlaşdırılmış informasiya texnologiyaları təhlükəsizliyi mütəxəssisləri arasında keçirilən milli sorğuya görə San-Antonio Universiteti ölkədə ən yaxşı kibertəhlükəsizlik proqramı kimi qiymətləndirilib.
2016-cı ildən etibarən universitet kibertəhlükəsizlik üzrə məzun proqramları Karnegi Mellon Universitetinin ən yaxşı proqram olduğu ölkədə ilk iki sırada yer alır.
San-Antonio Universitetinin onlayn kibertəhlükəsizlik proqramı Texas ştatında birinci yerdə qərarlaşıb.
Universitetinin MBA proqramı 1-ci səviyyəli qlobal MBA proqramı hesab olunur.
Princeton Review jurnalı Alvarez Biznes Kollecinin MBA proqramını kampusda ən yaxşı MBA proqramı adlandırıb.
Kampusları
Əsas kampus thumb|Biotexnologiya, Elmlər və Mühəndislik kampusu left|thumb|Əsas Kampus Vest Paseo: solda ikinci Tələbə Birliyinin binası, məsafədə Çağırış Mərkəzi və sağda Tələbə İttifaqı binası.
Universitetin Əsas kampusu 1975-ci ildə açılıb. Bu kampus üçünün ən qədimi və ən böyüyüdür.https://web.archive.org/web/20120430210910/http://www.paisano-online.com/news/university-prepares-for-landmark-anniversary-1.776354#.Tr7xSVZAIhw
2014-cü ildə hazırda kompüter elmləri və kibertəhlükəsizlik laboratoriyaları və sinif otaqlarının yerləşdiyi "Yeni" Şimali Paseo Binasında (ŞPB) tikinti tamamlandı.
ŞPB-da həmçinin İnfrastruktur Təminatı və Təhlükəsizliyi Mərkəzi (İTTM), İnformasiya və İnfrastruktur Təhlükəsizliyi üzrə Təhsil və Tədqiqat Mərkəzi və Kibertəhlükəsizlik İnstitutu yerləşir.
Mərkəzi kampus (Dountoun) alt=|thumb|Mərkəzi kampus.
Dountoun şəhərciyində Mühəndislik və İnteqrasiya Mühəndislik Kolleci, Sağlamlıq, İcma və Siyasət Kolleci, Təhsil və İnsan İnkişafı Kollecinin bəzi fakültələri yerləşir.https://web.archive.org/web/20181230192257/http://www.utsa.edu/dtcampus/
2009-cu ildə yeni Keramika studiyasının təməli qoyuldu və iki bitişik Elm binası 24 milyon dollara təmir edildi. 83 milyon dollar dəyərində olan Tətbiqi Mühəndislik və Texnologiya binası də öz qapılarını 2009-cu ildə açdı. 2010-da universitet şəhərciyində ölkənin ilk kitabsız, Elektron kitabxanası açıldı.
Hemisfair kampusu thumb|left|Alamodomeda olan Texas Mədəniyyət İnstitutu.
San Antonio şəhərinin mərkəzində tikilən 182,000 m².-lik Hemisfair kampusunda, Texas pavilyonunda yerləşən Texas Mədəniyyət İnstitutu (TMİ) — universitetin üçüncü filialı sayılır. O, həm universitet arxivlərini, həm də 3 milyondan çox təsvirdən ibarət tarixi fotoşəkillər toplusunu özündə birləşdirən tarixi tədqiqatlar üçün dəyərli mənbə rolunu oynayır."HemisFair Park Campus ". UTSA Master Plan. Retrieved July 8, 2012. Burada Texasın müxtəlif mədəniyyətlərini qeyd edən illik tədbir olan Texas Xalq Festivalı keçirilir.
2010-cu ildə TMİ rəsmi olaraq Smitsonian İnstitutunun filialı olmaq üçün müqavilə imzalayıb. Smithsonian filialı olaraq, institut məruzə, seminar və proqramlar kimi geniş resursların çoxuna çıxış əldə edir."About The Museum ". Institute of Texan Cultures. Retrieved December 8, 2012.
ITC-nin maliyyəsi qanunvericilik, tədbirə qəbul haqları, qrantlar və xeyriyyə vəsaitlərindən gəlir.
Cənub-Qərb Kampusu thumb|left|Cənub-Qərb kampusunun çay tərəfdən görünüşü
Cənub-Qərb Kampusu San Antonio şəhərinin mərkəzində San Antonio çayı üzərində yerləşir. "Şəhər oazisi" hesab edilən kampus 165 ildən artıqdır ki, təhsil yeridir. 1851-ci ildə açılan bina əvvəl Ursulin Monastırı və Akademiyası kimi tanınırdı İndi kampus San-Antonio Universitetinin İncəsənət Məktəbinin bir hissəsinə ev sahibliyi edir.
Park Vest kampusu Əsas kampusdan 2 mil qərbdə yerləşən 125 hektarlıq Park Vest kampusu hazırda universitetin Roadrunners futbol komandasına ev sahibliyi edir. Park Vest həm də ictimai idman tədbirləri üçün yerdir.
Araşdırmaları
Araşdırma Mərkəzləri və İnstitutları San Antoniodakı Texas Universiteti "R1: Doktorantura — Çox Yüksək Tədqiqat Fəaliyyəti" və "Texas reytinqli" bir qurum kimi təsnif edilir
Universitet 2021-ci maliyyə ilində tədqiqat xərcləri üçün 140 milyon dollar xərcləyərək yeni rekorda çatdı. Universitet tələbələri və müəllimləri bir çox fənlərarası təhsil sahələrində qabaqcıl tədqiqatlar aparırlar. Tədqiqat mükəmməlliyinin müəyyən edilmiş sahələrinə qabaqcıl materiallar, hesablamalar, kibertəhlükəsizlik və məlumat analitikası, inteqrativ biotibb, sosial və təhsil dəyişiklikləri, davamlı icmalar və kritik infrastruktur daxildir.
2014-cü ilin aprelində San-Antonio Universiteti və Microsoft arasında üç illik tərəfdaşlıq elan edildi. Müqavilənin məqsədi məlumat mərkəzlərinin enerji və iqtisadi səmərəliliyini artırmaq üçün davamlı texnologiyaların tədqiqi və inkişafıdır.
San Antonio Universiteti Curtis Vaughan Jr. Rəsədxanası, NASA və NSF adından dünya səviyyəli astronomik rəsədxanaları idarə edən ABŞ institutları və beynəlxalq filiallardan ibarət konsorsiumu olan Astronomiya Tədqiqatları üzrə Universitetlər Assosiasiyasının (AURA) üzvüdür.
2007-ci ildə Akademic Analitiks tərəfindən yayımlanan araşdırmada universiteti elmi məhsuldarlığa görə Texas ştatının digər böyük tədqiqat universitetləri arasında beşinci yerdə olduğunu göstərdi.UTSA ranks fifth in Texas research productivity , "UTSA Today", June 20, 2007.
Tədqiqatlar üzrə Vitse-Prezident ofisi universiteti cəmiyyətinin tədqiqat, akademik və yaradıcılıq nailiyyətlərini işıqlandırmağa həsr olunmuş illik "Discovery" jurnalını nəşr etdirir."Discovery 2012, Volume 5 ". The University of Texas at San Antonio. Retrieved November 29, 2012. Jurnal universitetlərin elmi nəşrləri arasında mükəmməlliyi təbliğ edən təşkilat kimi Universitet Araşdırma Jurnalları Assosiasiyasının üzvüdür."About URMA ". URMA. Retrieved November 29, 2012.
Universitet və Microsoft arasında üç illik tərəfdaşlıq 2014-cü ildə elan edildi. Razılaşmanın məqsədi məlumat mərkəzlərinin enerji və iqtisadi səmərəliliyini artırmaq üçün davamlı texnologiyaların tədqiqi və inkişafıdır.
Proqramları
FAME 2013-cü ildə San-Antonio Universiteti orta məktəb tələbələri üçün Facilitated Admission to Medical Education (FAME) adlı sürətləndirilmiş tibbi proqram qurdu. Qəbul edilmiş tələbələr universiteti üç illik bakalavr təhsilini başa vurduqdan sonra İT Health-San Antonio-ya daxil olurlar." ". URMA. Retrieved November 13, 2015.
Bold Promise 2019-cu ilin dekabrında universitet orta və aşağı gəlirli texaslı ailələrdən gələn birinci kurs tələbələrinə yüksək keyfiyyətli, sərfəli təhsil təklif edən Bold Promise proqramını qurdu. Kriteriyalara cavab verən tələbələr 4 il müddətində 100% təhsil haqqından azad olurlar. Xərclər təqaüdlər, qrantlar və ya federal, əyalət və institusional fondlar tərəfindən ödənilir.
Top Scholar 2013-cü ilin payızında başlanmış Top Scholar proqramı, yüksək nailiyyət əldə edən tələbələr üçün qlobal imkanlar da daxil olmaqla, akademik, liderlik və xidmət sahələrində dörd illik təqaüdü birləşdirən alimlər üçün əsas proqramdır.
Süni intellekt və MD üzrə ikiqat dərəcə ABŞ-də tibb və süni intellekti birləşdirən ilk ikili diplom olaraq tibb tələbələri IT Health SA Long Tibb Məktəbində dörd il və San-Antonio Universitetində bir il təhsil alaraq süni intellekt üzrə tibb elmləri doktoru və magistr dərəcəsi qazanacaqlar.
Atletika Roadrunners — tələbə idman proqramı.