thumb|Kandaçime atları otlayır. – Yaponiyanın Aomori prefekturasının Şiriya burnunda yaşayan yarıvəhşi at cinsi. Bu atlar 18 noyabr 2001-ci ildə Aomori prefekturası tərəfindən təbiət xəzinəsi elan olunmuşdur.
Mənşəyi Kandaçime atlarının əcdadı hazırda mövcud olmayan Nanbu adlı at cinsidir. XIX–XX əsrlərdə şimalda yaşayan müxtəlif yerli at cinslərinin anqlo-ərəb, ərəb, Hakne, Brabanson və Breton kimi xarici at cinsləri ilə cütləşdirilməsi nəticəsində bu at cinsi yaranmışdır. "Kandaçime" sözü 1970-ci ildə Tsutomu İvasa adlı şəxs tərəfindən ortaya atılmışdır. Yapon dilində sözü "qışa dözümlü" deməkdir.
Xüsusiyyətlər Kandaçime atları Yaponiyanın şimalında yerləşən və qışı sərt keçən Hiqaşidori kəndində yaşadıqları üçün soyuq iqlimə uyğun adaptasiyalara malikdirlər. Ayaqları qısa, bədənləri iri, xəzləri qalındır. Aprel–noyabr aylarında Şiriya burnunda otlayırlar. Qış mövsümünü keçirmək üçün isə meşələrlə əhatə olunmuş Akata otlağına gedirlər.
2024-cü ilin məlumatına əsasən Kandaçime atlarının populyasiyası 14-dür. Bu at cinsi insanlara öyrəşmiş at cinsi olsa da, yerli hökumət atlara arxada yaxınlaşmamaq və onlara yemək verməmək barədə xəbərdarlıq edir.
Qalereya
İstinadlar
Kateqoriya:Yaponiyanın at cinsləri Kateqoriya:Qoşqu atları Kateqoriya:Aomori prefekturası