Müsnəd əş-Şafii () — İslam peyğəmbəri Məhəmmədin həyat və fəaliyyətinə dair hədislər toplusu əş-Şafiinin özü tərəfindən deyil, onun şagirdləri tərəfindən tərtib edilmişdi.

Müəllif "Müsnəd əş-Şafii" məcmuəsinin tərtibçisi bu hədisləri öz müəllimi ər-Rəbi ibn Süleymandan götürmüş Əbül-Abbas əl-Əsamdır. Ər-Rəbi ibn Süleyman da öz növbəsində əş-Şafiinin tələbəsi idi. Məcmuədə Şafiinin "əl-Umm" kitabında və digər əsərlərində istinad etdiyi hədislər var. Müsnədin dörd hədisdən başqa bütün hədisləri ər-Rəbi ibn Süleyman tərəfindən birbaşa Şafiidən qəbul edilmişdir. Bu dörd hədis isə Şafiinin başqa bir tələbəsi Yusif ibn Yəhya əl-Bəvitidən nəöql ediləndir.

Kitabın təsviri Əş-Şafiinin "Müsnəd"i nizamsız təqdimat və eyni hədislərin dəfələrlə təkrarlanması ilə səciyyələnir ki, bu da onların sırasının əş-Şafiinin kitablarındakı hədislərin sırası ilə bağlı olması ilə əlaqədar ola bilər. Bəzən məcmuənin tərtibçisi tərəfindən verilən hədisin mövzusu onun yerləşdiyi fəslin mövzusu ilə üst-üstə düşmür. Kitabda əş-Şafiinin bəzi kəlamları da var, lakin əl-Əsam bundan sonra məhz bu ifadə ilə əlaqəli hədislərə istinad etmir (sonrakı bəzi Müsnəd şərhləri müəllifləri tərəfindən düzəliş edilmişdir). Bəzi yerlərdə Əbül-Abbas əl-Beyhəqinin "Bəyan xəta mən əhtə ala əş-Şafii" kitabının mövzusu olan Şafiidən hədislərin mətnlərini nəql edərkən səhvlərə yol verir.

Əlyazmalar və nəşrlər Əş-Şafinin "Müsnəd"i ilk dəfə Misir və Hindistanda "Bulaq" nəşriyyatında, sonra Misirdə (1949), Beyrutda isə 1979-cu ildə "Dar əl-kütub əl-elmiyyə" nəşriyyatında çap edilmişdir. Dəməşqin əz-Zahiriyyə kitabxanasında əş-Şafiinin "Müsnəd"inin yaxşı qorunan iki əlyazması var.

İstinadlar

Kateqoriya:Sünni hədis topluları Kateqoriya:Şafii məzhəbi Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları