Siyahı S/SŞəhidRütbəsiSQQısa tərcümeyi-halı1.Qafarov Xanlar İsbət oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1973-cü ildə Biləsuvar rayonu, İsmətli kəndində anadan olub. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 10 aprel 1993-cü ildə şəhid olub. Qəbri Biləsuvar rayonu, İsmətli kəndindədir. İsmətli kənd tam orta məktəbi Xanlar Qafarov adını daşıyır.2.Qarayev Məhəmməd Ağababa oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1973-cü ildə Masallı rayonunun Sığıncaq kəndibdə anadan olub. 18 yaşı tamam olanda xidmətə çağırılır və Lənkəran batolyonunda Selli, Fərrux, Qaralar, Qurançı, Şıxavənd kəndləri, Laçın kəndində döyüşlərdə iştirak edib. Qubadlı-Laçın yolunun əldə saxlanılmasında hünər göstərir. 30 sentyabr 1992-ci il onun son döyüşü olub. Adı Sığıncaq kənd tam orta məktəbinə verilmişdir.3.Qasımov Abbas Talıb oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 24 yanvar 1970-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulmuşdur. Atası Talıb Göyçə mahalının Daşkənd kəndindəndirAraz Yaquboğlu, "Ömrün şəhidlik zirvəsi", Bakı, "Elm və təhsil", 2012.. Abbas orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olubNəcibə Əlizadə. "Xalqımızın qəhrəman və şəhid oğulları", Bakı, 2013. səh.76–77.. Xanlar rayon Hərbi Komisarlığı tərəfindən 3 yanvar 1992-ci ildə Milli Orduya göndərilmiş, 701-ci hərbi hissənin avtomatçısı olmuşdur"Azərbaycan Respublikası Xatirə Kitabı" 3-cü cild, "Q" hərfi. Bakı-2001. səh.106. Abbas Qasımov ailəsinin narazılığı olmasına baxmayaraq könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılırmışdır. Sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi idi. 5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən qızğın döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş və son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş və qəhrəmancasına şəhid olmuşdur. Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilmişdir. O, Samux rayonunun ilk şəhididir. Gülüstanın alınmasında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis kəndlərində gedən döyüşlərdə Abbas xüsusən fəallıq göstərmişdirFüzuli Ramazanoğlu, "Bu da bir taledir". Bakı, "Nurlan", 2009.. 22 iyul 1992-ci il tarixli "Yeni Samux" qəzetində və "Samux şəhidləri" adı altında kitabda "snayper" Abbasın döyüş yolu haqqında geniş məlumat verilmişdir"Yeni Samux" qəzeti, 22 iyul 1992-ci il..3.Qasımov Eldəniz Şahbaz oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları26 mart 1973-cü ildə Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. 1988-ci ildə Slavyanka kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir. 1988-ci ildən 1991-ci ilədək Gədəbəy rayonu peşə məktəbində oxumuş, geniş profilli traktorçu peşəsi üzrə tam kursu bitirmişdir.Qasımov Eldəniz Şahbaz oğlu . səh.72 1991-ci ildə Gədəbəy RHK tərəfindən Milli ordu sıralarına çağrılmışdır. Əvvəlcə Bakı şəhərində qulluq etmiş, sonra isə könüllü olaraq Gədəbəy bölgəsinə getmişdir. 18 iyun 1992-ci ildə Gədəbəy rayonunda gedən döyüşlərdə həlak olmuş, Slavyanka kəndində dəfn edilmişdir.4.Qədimov Elvar Yengibar oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları15 fevral 1974-cü ildə anadan olmuşdur. 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Elvar Qədimov 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunmuşdur. Subay idi.5.Qəhrəmanov Faiq Ail oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 24 noyabr 1973-cü ildə Astara rayonunun Maşxan kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı ilk döyüşü Ağdamda olub, daha sonra isə Ağdərəyə göndərilib. O, 30 iyul 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.6.Quliyev Ayaz Ağahüseyn oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1 may 1967-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. Hacıqabul rayonunda ailə həyatı qurmuşdur. Ayaz Quliyev Hacıqabulda tikinti idarəsində işləmişdir. 15 iyul 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Ayaz Quliyev Ağdamın Qərvənd və Şelli kəndlərində döyüşlərdə iştirak etmişdir. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Qobustan rayonunda dəfn olunmuşdur. Ailəli idi. 2 Övladı var.7.Quliyev Bəxtiyar Zahid oğlu1959-cu ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 22-də Əli Hacıyev ilə birgə Əsgəran rayonunda şəhid olub.8.Quliyev Seyran Əliş oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 24 yanvar 1964-cü ildə Astara şəhərində anadan olub. 1993-cü ildə ərizə yazıb rayon hərbi komissarlığına təqdim etdikdən sonra könüllü olaraq cəbhəyə yola düşüb. O, Füzuli cəbhəsində vuruşub. 2 fevral 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb.9.Qurbanəliyev Sadıq Arif oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 1 avqust 1973-cü ildə Xaçmaz rayonu Üçgünqışlaq kəndində anadan olub. 1980-ci ildə birinci sinifə daxil olmuşdur. 1990-cı ildə məktəbi bitirmişdir. 1991-ci il may ayının 25-də hərbi xidmətə çağırılmışdır. Həmin ildə Əlibayramlı şəhərində komandirlik kursunu bitirmiş və könüllü olaraq cəbhəyə getmişdir. O, Ağdam rayonu Papravənd kəndi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş, 1993-cü il aprel ayının 19-u ermənilərə qarşı gedən döyüşdə ağır yaralanmış, Aprel ayının 20-si şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin cənazəsi boya-başa çatdığı Üçgünqışlaq kənd qəbirstanlığında torpağa tapşırıldı. 1996-cı ildə Xaçmaz rayon İcra hakimiyyətinin qərarı ilə Üçgünqışlaq kənd orta məktəbinə, Şəhid Sadıq Qurbanəliyevin adı verilmişdir. 2001-ci ildə məktəbin həyətində heykəli ucaldılmışdır.10.Qurbanov Sarvan Qurban oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 30 avqust 1975-ci ildə Astara rayonunun Asxanakəran kəndində anadan olub. 23 oktyabr 1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılıb. Əvvəlcə Güzdəkdə hərbi təlim keçib. Daha sonra Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşub. 26 yanvar 1994-cü ildə Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Şəhidimizin təhsil aldığı Astara rayonu Motalayataq kənd tam orta məktəbinə onun adı verilib.11.Qurbanov Şahin Xalıqverdi oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 8 mart 1972-ci ildə Göyçə mahalının Əzizli kəndində anadan olmuşdur. Bakı ŞHK-ndan orduya çağırılmışdır. Sıravi əsgər Almaniya Respublikasında xidmət etmişdir. Milli Orduya könüllü getmişdir. Şahin Qurbanov 1994-cü ildə Ağdərə rayonunda döyüş zamanı itkin düşmüşdür.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə". Gəncə-2007. səh.81.
İstinadlar
Q