Nürəddin Novruzov (18 noyabr 2003, Gəncə) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.
Həyatı Nürəddin Novruzov 18 noyabr 2003-cü ildə Gəncə şəhərində anadan olub. 2013-cü ildə güləşlə məşğul olmağa başlayıb. Adil İbrahimovun rəhbərliyi altında məşq edir, Neftçi İdman Klubunda çıxış edir. Kiyev Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alıb.
Karyerası Nürəddin Novruzov 2021-ci ildə Rusiyanın Ufa şəhərində gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2022-ci il ərzində Roma şəhərində (İtaliya) U-20 Avropa Çempionatında 10-cu, Sofiya şəhərində (Bolqarıstan) U-20 Dünya Çempionatında isə 15-ci pillələrin sahibi olan Nürəddin Novruzov 2023-cü ildə Rumıniyanın Buxarest şəhərində U-23 Avropa Çempionatını beşinci pillədə başa vurdu.
2024-cü ildə Nürəddin Novruzov sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi. Yanvarda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirinin bürünc medalına sahib olan Nırəddin Novruzov fevralda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını da bürünc medalla başa vurdu. Mayda Azərbaycanda baş tutan U23 Avropa Çempionatında da bürünc medalın sahibi olan Novruzov həmin il Tirana şəhərində (Albaniya) Dünya Çempionatında debüt etdi və turniri medalın bir addımlığında – beşinci pillədə tamamladı. Novruzov 2023 və 2024-cü illərdə ardıcıl olaraq 2 dəfə Azərbaycan Çempionatının qalibi oldu.
2025-ci ildə Nürəddin Novruzov birinci uğurunda fevralda Xorvatiyada baş tutan Zagreb Open beynəlxalq turnirinin bürünc medalına sahib olmaqla imza atdı. Apreldə isə Bratislava şəhərində Avropa Çempionatını doqquzuncu pillədə başa vurdu.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12021Gənclərin Dünya Çempionatı Rusiya5.22022U20 Avropa Çempionatı İtaliya10.3U20 Dünya Çempionatı Bolqarıstan15.42023U23 Avropa Çempionatı Rumıniya5.52024Zagreb Open Xorvatiya3.6Avropa Çempionatı Rumıniya3.7U-23 Avropa Çempionatı Azərbaycan3.8Dünya Çempionatı Albaniya5.92025Zagreb Open Xorvatiya3.
İstinadlar
Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları