Mister Olimpiya 1971 — Bodibildinq üzrə ən populyar yarışın sayca yeddincisi. (IFBB) təşkilatçılığı ilə 1971-ci ilin 25 sentyabrında, ilk dəfə ABŞ-dan kənarda Fransada, Paris şəhərində keçirilmişdir.

Nəticələr Bu ilki yarış bütün bodibildinq həvəskarlarını təəssüfləndirdi və ən maraqsız yarışlardan biri oldu. Buna səbəb yarışda iştirak edəcək dörd iştirakçıdan üçünün olunması oldu. Səbəb isə Arnoldun ən güclü rəqibi Serjio Olivanın, eləcə də Franko Kolombo və Roy Kalendarın qeyri-rəsmi federasiya olan -nın keçirdiyi "Mister Kainat və eyni gündə İFBB-nin keçirdiyi "Mister Kainat" yarışlarında iştirak etmələri oldu. Bu hal bodibildinq tarixində bir ilk idi. İFBB bodibildinqin 1976-cı ildə keçiriləcək 1976 Yay Olimpiya Oyunlarına salınmasını əldə etmək üçün bu qaydanı tətbiq etmişdir.Muscle Builder magazine Vol 13, Num 3, Page 24. April 1972. YerMükafatİştirakçı11000Arnold Şvartsenegger,

Bu Arnold Şvartseneggerinin Mister Olimpiyadada sayca ikinci qələbəsi idi. Baxmayaraq ki, Arnold bu qələbəni çox asanlıqla əldə etdi, ancaq bütün mütəxəssislərin fikirinə görə Arnold əslində özünün ən yaxşı formasında idi. Yarışdan sonra Franko Kolomboya və Serjio Olivaya səhnəyə çıxaraq özlərini nümayiş etdirməyə icazə verilmişdir.

İstinadlar

Xarici keçidlər Mr. Olympia

Kateqoriya:1971-ci ildə bodibildinq Kateqoriya:Mister Olimpiya yarışları Kateqoriya:Fransada idman yarışları