Xətib () — Cümə namazını qıldıran müsəlman din xadimi (cümə namazı).
Cümə namazından öncə minbərin üçüncü pilləsindən nitq (xütbə) oxuyur. Minbər Məkkəyə baxan mehrabın sağında yerləşir. İki xütbə oxunur: birincisi xütbət-ül-va'z () adlanır, yəni ibrətamiz məzmunlu nəsihət; ikincisi xütbət-ən-nat () adlanır və etiqad, xəlifələrin tanınması, hökmdar və möminlər ordusu üçün duaları ehtiva edir.
Xətib cümə xütbəsi ilə yanaşı, Qurban bayramı və ya Fitr bayramı (Ramazan ayında orucun bitməsi şərəfinə) kimi dini bayramlarda da çıxışlar edir. İstinadlar
Ədəbiyyat Encyclopaedia of Islam, tom IV, səh. 1141—1142* Kateqoriya:İslam terminləri