Rolant Roqman (; ) — Holland qızıl dövrün rəssamı, qravüraçısı və ofort ustası.Thieme / Becker. Allgemeines Lexikon der bildenden Künstler von der Antike bis zur Gegenwart. — E. A. Leipzig, 1899Roelant Rogman — RKD
Həyatı Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi və Roqman onun adaşı və atasının əmisi Rolant Savereyin tələbəsi olub. Rəssam və tarixşünas Arnold Hubrakenin dediyinə görə, onun yalnız bir gözü var idi. Buna görə də onun rəsmləri kobud idi. Rolant Roqan landşaft rəssamlığı üzrə ixtisaslaşıb və sonrakı həyatında gənclik illərində səyahətləri zamanı çəkdiyi rəsmlər əsasında köhnə qalanın xarabalıqlarının və dağılmış ailə mülklərinin qalıqları üzərində işləyərək, romantik mənzərənin tarixi janrı ilə maraqlanmağa başlayıb. O, Rembrandt və Herkules Seqersin davamçısı idi. Hubraken iddia edirdi ki, gəncliyində Rembrandt və onun ən yaxşı tələbəsi Gerbrand van den Ekxout ilə dost idi.Roelant Rogman biography in De groote schouburgh der Nederlantsche konstschilders en schilderessen (1718) by Arnold Houbraken, courtesy of the Digital library for Dutch literature
Roqman bacısı Gertruda Roqman ilə birlikdə "Pikator" nəşriyyatının yaradıcısı, məşhur qravüraçı və naşir Klas Yanson Visherin köməyi ilə "Xoş mənzərələr" (Plaisante Landschappen) adlı qravüra silsiləsi (təxminən 1645–1648) üzərində işləmişdir. Onun digər bacısı Maqdalena Roqman da qravüraçı idi. Onların əsasən Şimali Hollandiya və Utrext əyalətlərindəki qala və mülkləri əks etdirən iki yüzdən çox qravürdən ibarət mənzərə silsiləsi çox məşhur idi. Rolant heç vaxt evlənməyib və Amsterdamdakı yaşlılar üçün sədəqə evində vəfat edib.Roelant Rogman biography in De groote schouburgh der Nederlantsche konstschilders en schilderessen (1718) by :en:Arnold Houbraken, courtesy of the :en:Digital library for Dutch literature
O, bacılarından başqa Yan Qriffier və Piter Vauermanın da müəllimi olub.
Qalereya
İstinadlar
Xarici keçidlər North-Holland archives with online images by Roghman Utrecht archives with online images by Roghman Works and literature at PubHist
Kateqoriya:Niderlandda doğulanlar Kateqoriya:Niderlandda vəfat edənlər Kateqoriya:Niderlandda vəfat edənlər Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:Flamand intibah rəssamları Kateqoriya:Holland peyzaj rəssamları