Sanctus Diavolos — Yunanıstan ekstremal metal qrupu "Rotting Christ" səkkizinci tamformatlı albomu. Bu, həm də qrupun uzunmüddətli üzvü olmuş gitara ifaçısı Kostas və klaviatura ifaçısı Georgiusun gedişindən sonra buraxılmış ilk albomdur. Albomun yazılmasında həmçinin qitaraçı Qas Ci və canlı xor iştirak etmişdir, Sakis Tolisin klaviş instrumentində ifası da albomda yer alır.
Albom Yunanıstanda SCA studiyalarında yazılmışdır və İsveçdə Fredrik Nordström (Studio Fredman) tərəfindən yekun şəkilə salınmışdır.
Kompozisiya siyahısı Mahnıların hamısının müəllifi Sakis Tolisdir.
"Visions of a Blind Order" – 3:46 "Thy Wings Thy Horns Thy Sin" – 4:13 "Athanati Este" – 5:40 "Tyrannical" – 5:07 "You My Cross" – 4:19 "Sanctimonious" – 3:16 "Serve in Heaven" – 3:55 "Shades of Evil" – 5:14 "Doctrine" – 6:28 "Sanctus Diavolos" – 6:41
Albomun yazılmasında iştirak edənlər Sakis Tolis – qitara, vokal, klaviş Andreas Lagios – bass Temis Tolis – baraban
Qonaq üzvləri Qas Ci – 1-ci trekdə solo ifa Xristos Antoniu – xor aranjımanı
İstinadlar
Kateqoriya:2004-cü ilin musiqi albomları