Vilyam Henri Conson (; ) və ya sadəcə Henri Conson — Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. O, ilk afroamerikalı birliyində döyüşə girmişdir. 14 may 1918-ci ildə Arqonn meşəsində növbətçi olaraq, əlbəyaxa döyüşdə bir Almaniya basqını ilə mübarizə aparmış, bir çox alman əsgərini öldürmüş və bir əsgər yoldaşını xilas etmişdir. Bu qarşıdurmada özü 21 yara almışdır. Həmin ilin sonunda "New York World" və "The Saturday Evening Post" qəzetlərində yayımlanan xəbərlərlə ictimaiyyətin diqqətini cəlb etmişdir. 2 iyun 2015-ci ildə Ağ Evdə keçirilən mərasimdə Conson ölümündən sonra prezident Barak Obama tərəfindən "Şərəf" medalı ilə təltif edilmişdir.
1918-ci ildə Fransa Consonu ulduz və bürünc palma ilə "Hərbi xaç" ilə mükafatlandırmışdır. O, Birinci Dünya müharibəsində bu şərəfə layiq görülən ilk ABŞ əsgəri idi.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları