Sinan Çiftyürek () — yazıçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Sinan Çiftyürek 1952-ci ildə Şanlıurfa ilinin Hilvan ilçəsində anadan olub. İbtidai və orta təhsilini Hilvan ilçəsində alıb. Tokat Müəllimlər Liseyindən məzun olub.

Tədqiqatçı və yazıçı olaraq tanınır. İqtisadi, siyasi, mədəni və sosioloji mövzularda məqalələrin, o cümlədən 8 dərsliyin müəllifidir.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları