Vəzir Coşqun Parlaq () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Vəzir Coşqun Parlaq 1989-cu ildə Hakkari ilinin Çuxurcu ilçəsində anadan olub. Van Yüzüncü İl Universitetinin Erciş Peşə Liseyindən məzun olub.

Bölgələr Partiyasında (BDP) və Xalqların Konqresində (HDK) təmsil olunub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Hakkari ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Kürdcə bilir. Subaydır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları