Süməyyə Boz () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Süməyyə Boz 1985-ci ildə Muş ilində anadan olub. Cümhuriyyət Universiteti Antropologiya Bölməsindən məzun olub.
Van ilinin İpəyyolu ilçə bələdiyyəsində qadın məsələləri şöbəsində çalışıb, həmçinin bələdiyyə sədrinin müşaviri və bələdiyyənin gənclər və idman şöbəsinin müdiri vəzifələrində təmsil olunub.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial Məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə bilir. Subaydır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları