Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov (az. Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov; 1855, Tuğ , Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – XX əsr) — dövlət qulluqçusu, kollec katibi mülki çinini daşıyırdı, maarifçi, xeyriyyəçi, mülkədar. Ənvər Çingizoğlu — "Qarabağlı difaiçilər" Tarixi-ensiklopedic tədqiqat, Bakı-Mütərcim-2021, səh. 124–126
Həyatı Sadıx bəy 1855-ci ildə Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Qarabağda və Zəngəzur mahalında nüfuzlu şəxs idi. İlk təhsilini kənd mollaxanasında almışdı.Ənvər Çingizoğlu. “Qarabağda maarif" (1750–1950). Bakı, “Zərdabi LTD” MMC, 2013, səh. 278 ISBN 978-9952-460-29-2 Sonra rus-müsəlman məktəbində təhsilini davam etdirmişdi.
Fəaliyyəti 1883-cü ildə (bəzi mənbələrdə 1885-ci il göstərilir) qardaşı Mehdi bəy Məlik-Aslanov ilə birlikdə o dövr üçün müasir hesab edilən Rus-Avropa tipli məktəbi Tuğ kəndində yaradıb açılar. Azərbaycan. 2010.18 dekabr. səh. 6 Həmin məktəb Sadıx bəyin evində yerləşirdi və binanın girəcəyində daş lövhənin üzərində "1883 год" ("1883 il") yazısı var idi. Sadıx bəyin evi kəndin aşağı hissəsində, klubdan aşağıda yerləşirdi. Bazar bulağından gələndə yolun sağ tərəfində idi. Uzun və birmərtəbəli ağ bina olub. Sovet hakimiyyəti qurulandan sonra Sadıx bəyin evi anbar kimi istifadə olunurdu. Təəssüf ki, işğal zamanı bu ev tamamilə dağıdılıb.Tuğ məktəbinin yaranmasında zamanın tanınmış ziyalısı, tarixçisı Mir Mehdi Xəzaninin də müstəsna rolu olmuşdur. Məktəbin fəaliyyəti nəinki Qarabağda, hətta bütünlüklə Azərbaycanda maarifin inkişafına təkan verir. Məlik-Aslanov qardaşları məktəbinin kasıb şagirdlərinə tədris vəsaiti və maddi vəsaitlə kömək göstərirdilər.Hüseyn Əhmədov — "XIX əsr Azərbaycan məktəbi" kitabı, Bakı, 1972Tuğ məktəbinin müəllimləri, məzunları bütövlükdə Qarabağda, maarifin, mədəniyyətin çiçəklənməsinin təməlini qoydular. Onların bir çoxu təkcə əyalətdə deyil, keçmiş imperiya miqyasında və Sovet İttifaqında adlı-sanlı şəxslər oldular.
1893-cü ildən dövlət idarələrində xidmət etmişdi. Cəbrayıl qəza idarəsində II dərəcəli dəftərxana qeydiyyatçısı kimi işə başlamışdı.
1895-ci ildən Cavanşir qəzasında çalışmışdı.
1896-cı ildən Yelizavetpol (indiki Gəncə) quberniyası Zəngəzur Polis idarəsində tərcüməçi işləmişdi. Sonra Zəngəzur qəzasının Minkənd nahiyəsində polis pristavı kimi xidmət etmişdi.
1904–1906-cı illərdə Qarabağda və Zəngəzurda erməni qatil-quldurlarına qarşı mübarizə aparmışdı. Ermənilər ondan şikayət etmişdilər. Bu haqda Mirzə Rəhim Fəna yazır:Mirzə Rəhim Fəna — 1905-ci il hadisəsi. Bakı, "Nurlan", — 2009, səh. 122–123.
1906-cı ildən 2-ci bölməyə məhsus olan Xanazax kəndində rəhbərlik etmişdir. Şuşa Rayon Polis Şöbəsində 3-cü Polis Bölməsinin rayon polis Pristavı vəzifəsində xidmət edib.
Ailəsi
Həyat yoldaşı Şərəfcahan bəyim (? – 1946) — Pirəhmədli kəndinin sahibi Mustafa ağa Cavanşirin qızı. Övladları: Bahadur bəy, Füruzə xanım (1894,Tuğ – 1956,Bakı), Rəxşəndə xanım (1897,Tuğ – 09.05.1962,Bakı), Fərhad bəy (1899,Tuğ – 17.07.1971,Bakı), Sara xanım. Sadıx bəyin qızı Rəxşəndə xanım Georgi xaçı kavaleri Həsənəli bəy Əsgərxanovun oğlu Əsgərxan bəyin (1886 – 1966) həyat yoldaşı idi. Atası Hacı Fərhad bəy. Anası Xatay xanım.
Həmçinin bax Məlik-Aslanovlar Tuğ
Mənbələr Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh. 28 ISBN 5-86871-204-4 E.E. İsmaylov. Məlik-Aslanovlar nəslinə dair dəqiqləşdirmələr (rus dilində), Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 165 ISBN 9952-25-001-0 Ənvər Çingizoğlu. Tuğ, "Soy" dərgisi, 12 (32), Bakı. 2009 И. Алибегов. Елизаветпольские кровавые дни перед судом общества.
İstinadlar Kateqoriya:Tuğda doğulanlar Kateqoriya:XX əsrdə vəfat edənlər Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Xeyriyyəçilər Kateqoriya:Azərbaycan xeyriyyəçiləri Kateqoriya:Azərbaycanlı xeyriyyəçilər Kateqoriya:Məlik-Aslanovlar