Sevgi hekayəsi () — 1970-ci ildə çəkilmiş Amerika romantik-drama filmi.
Orijinal ssenarisi Erix Seqal tərəfindən yazılmış filmin rejissoru Artur Hiller olub və Ali Makqrou, Rayan O'Nil, Rey Milland və Tommi Li Cons əsas rollarda çəkilib. Frensis Lai filmin unudulmaz mövzu musiqisini bəstələyib və buna görə 1971-ci ildə ən yaxşı orijinal musiqi üçün Akademiya mükafatına layiq görülüb. Bu həm də filmin aldığı yeganə Oskar mükafatıdır. Film daha 6 nominasiya üzrə Oskara namizəd olub.
Məzmun Möhtəşəm və varlı ailədən olan Oliver Barret IV (Rayan Oneal) ailə ənənəsini davam etdirir və özündən əvvəlkilər kimi Harvard Universitetində hüquq təhsili alır. Bir gün o, Radcliffe kollecində musiqi tələbəsi olan fəhlə sinfindən Cennifer Kavalleriyə (Ali Makqrav) aşiq olur. Cütlük evlənməyə qərar verir, lakin Oliverin atası III Oliver Barret (Rey Milland) bu evliliyi istəmir və oğlunun günlük xərcini kəsir və onu mirasından da məhrum edəcəyini bildirir. Oliver üçün atasının maddi dəstəyi olmadan Harvardda oxumaq çox çətindir. Həyata sıfırdan başlamaq məcburiyyətində qalan yeni evlənən cütlük Oliverin məktəb xərclərini qarşılamaq üçün müxtəlif işlərdə işləməyə başlayır. Bu arada uşaq istəsələr də hamilə qala bilməyən Cenniferdə aparılan analizlər nəticəsində leykemiya aşkarlanıb.
Film heyəti Aktyor/aktrisaRoluAli MakqravCennifer KavalleriRayan OnealOliver Barrett IVRay Milland Oliver Barrett IIICon MarleyPhil KavalleriTommi Lii ConsHank SimpsonRussell NypeDean TompsonKatarine Balfour Mrs. BarrettSidney Valker Dr. ŞapeliRobert Modika Dr. AddisonValker DanielsRay Stratton
Film mükafatları Ödülleri: Ən yaxşı orijinal musiqi üçün akademiya Mükafatı — Francis Lai Qızıl Qlobus mükafatı — "ən yaxşı dramatik film" Qızıl Qlobus mükafatı — "ən yaxşı aktrisa" — Ali Makqrav Qızıl Qlobus mükafatı "ən yaxşı rejissor" — Arthur Hiller Qızıl Qlobus mükafatı "ən yaxşı orijinal musiqi" — Francis Lai Qızıl Qlobus mükafatı "ən yaxşı ssenari" — Erix Seqal
Namizədliklər: Ən yaxşı film üçün akademiya mükafatı Ən yaxşı aktrisa üçün akademiya mükafatı — Ali Makqrav Ən yaxşı aktyor üçün akademiya mükafatı — Rayan Oneal Ən yaxşı köməkçi aktyor üçün Akademiya Mükafatı — Con Marley Ən yaxşı rejissor üçün akademiya mükafatı — Artur Hiller Ən yaxşı orijinal ssenari üçün akademiya mükafatı — Erik Seqal Qızıl Qlobus mükafatı "ən yaxşı aktyor" — Rayan Oneal]] Qızıl Qlobus mükafatı "ən yaxşı köməkçi aktyor" — Con Marley Amerika rejissorlar gildiyası "ən yaxşı rejissor" — Artur Hiller Amerika rejissorlar gildiyası "orijinal Ssenari" — Erix Seqal Grammy mükafatı orijinal soundtrek albomu, orijinal musiqi — Francis Lai
Film musiqisi Filmdə istifadə olunan musiqi parçaları bunlardır: Where Do I Begin? Klavsen üçün D majorda 3 nömrəli konsert Klavsen və fleyta üçün major sonata Joy To The World Es ist ein Ros entsprungen Snow Frolic I Love You, Phil The Christmas Tree Search for Jenny Bozo Barrett Long Walk Home Skating in Central Park
Film haqqında qeydlər Erix Seqal əvvəlcə filmin ssenarisini yazıb və onu Paramounta satıb. Film çəkilərkən şirkət Seqaldan filmin tanıtımına kömək etmək üçün Sevgililər günündə ilk nümayişi üçün vaxtında bir roman yazmağı xahiş etdi. Filmdən əvvəl işıq üzü görən roman da "best seller" oldu. Filmin tanıtım şüarı olan "Sevgi heç vaxt peşman olmamaqdır" cümləsi romantizmin şüarı olaraq dillərdən düşməmişdir. Filmdə cəmi iki dəfə deyilən bu cümlə AFI (Amerika Film İnstitutu) tərəfindən "100 ilin 100 kino şüarı" arasında 13-cü yerdə qərarlaşıb. Film 1972-ci ildə ABC-TV-də nümayiş etdiriləndə, kinoteatrda nümayişindən qısa müddət sonra, filmin kinoteatrda nümayişi ilə televiziyada yayımlanması arasındakı vaxt baxımından o dövrdə rekord qırdı. Bu film Tommy Li Consun ilk filmidir. Filmin təsirli mövzu musiqisi, Frensis Lai tərəfindən yazılmış "Love Story" çox bəyənilib və hətta populyarlıq baxımından filmi üstələyib. Endi Uilyamsdan Şirli Bassiyə, Rey Konniffdən Patrisiya Kaa qədər onlarla sənətçi bu unudulmaz əsəri ifa edib. Film kassada böyük uğur qazandıqda 1978-ci ildə davamı olan "Oliverin hekayəsi" çıxdı. Rejissoru Con Korti olan Candice Bergen bu dəfə Rayan Onillə birlikdə rol aldı. "Cennifer" adı 1970–1984-cü illər arasında ABŞ-də doğulan körpə qızlara verilən ən məşhur adlar sırasında idi. Bu populyarlıqda filmin böyük təsiri olduğu iddia edilir.
Ssenariləri əvvəlcə yazılmış, sonra isə romanlar yazılmış digər filmlər Film yarandığı gündən ədəbiyyatla sıx əlaqədə olub, bir çox roman və hekayələr filmə uyğunlaşdırılıb. Ancaq bəzi hallarda bunun əksi baş verib və filmlərin ssenarilərindən romanlar yazılıb. Bunlardan bir neçəsi: Sirli səyahət (1966) Yay günü idi (1971) 2001: Kosmik Odissey (1968) – ssenari və roman əl-ələ verib və bir-birindən sitat gətirilib. Üçüncü adam (1949) – müəllif Qrem Qrin ilk dəfə ssenarini yazıb və növbəti il, 1950-ci ildə ssenariyə ilkin hazırlıq kimi yazdığı qısa romanı kitab şəklində nəşr edib. Hökmdarlar (1978) – film məşhurlaşdıqdan sonra iki dəfə, biri İngiltərədə Bernard L. Ross, digəri isə ABŞ-də Ron Qulart tərəfindən romanlaşdırılmışdır. Harold və Maude (1971) – Colin Higgins orijinal ssenarisini filmlə eyni il romana çevirib. Uçurum (1989) – filmin ssenari müəllifi və rejissoru Ceyms Kemeron olub və həmin il Orson Skott Kart tərəfindən romana çevrilib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatını alan filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:Boston haqqında filmlər Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Dramlar Kateqoriya:1970-ci ilin filmləri