thumb|right|Loa olan Loko Atisonun veve simvolunu təsvir edən payetli "drapo" bayrağı. Bu simvollar vudu ritualında mühüm rol oynayırlar.
Haiti vudusu — XVI–XIX əsrlərdə Haitidə inkişaf etmiş Afrika diaspor dini.] Bu, Qərbi və Mərkəzi Afrikanın bir neçə ənənəvi dinləri ilə Roma katolisizmi arasında sinkretizm prosesi nəticəsində yaranmışdır. Dinə nəzarət edən heç bir mərkəzi orqan yoxdur. Vuduçular, vuduzanlar və ya serviterlər kimi tanınan praktiklər arasında çox müxtəliflik mövcuddur.
Haitililərin əksəriyyəti həm vudu, həm də Roma katolisizmini tətbiq edirlər. Onlar iki fərqli sistemi eyni vaxtda izləməkdə heç bir ziddiyyət görmürlər. Daha kiçik vuduçu icmaları başqa yerlərdə, xüsusən də ABŞ-dəki Haiti diasporu arasında mövcuddur. Həm Haitidə, həm də xaricdə vudu afrohaiti mənşəyindən kənara çıxmış, müxtəlif etnik mənşəyə malik şəxslər tərəfindən tətbiq olunmağa başlamışdır. Vudu tarixi boyu çoxlu tənqidlərlə üzləşmişdir. Buna görə də dəfələrlə "dünyanın ən yanlış anlaşılan dinlərindən biri" kimi təsvir edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
McAlister, Elizabeth. 1998. "The Madonna of 115th St. Revisited: Vodou and Haitian Catholicism in the Age of Transnationalism. " In S. Warner, ed., Gatherings in Diaspora. Philadelphia: Temple Univ. Press.
Xarici keçidlər
Living Vodou. Speaking of Faith from American Public Media. Audio and transcript. February 4, 2010
Kateqoriya:Vudu Kateqoriya:Haitidə din Kateqoriya:Dini inanclar, ənənələr və hərəkatlar