Ekvadorda münaqişə — 9 yanvar 2024-cü ildə Ekvadorda ölkə hökuməti tərəfindən bir neçə mütəşəkkil cinayətkar qrupa, xüsusən də "Los Choneros"a qarşı başladılan silahlı münaqişə.
Quayakil boyu silahlı hücumlar haqqında hesabatlar geniş yayılmışdı. Bunlar ilk növbədə həbsxanalarda, bazarlarda, yollarda və universitetlərdə baş vermişdi. Genişmiqyaslı hücumlar "Los Choneros" lideri Xose Adolfo Masias Vilyamarın Quayaquil həbsxanasından qaçmasına və prezident Daniel Noboanın fövqəladə vəziyyət elan etməsinə verilən cavabların idi.
Münaqişə 9 yanvarda Ekvadordakı silahlı qruplar "müharibə təhdidləri" ilə çıxış edərək ölkə prezidentini silahlı daxili qarşıdurma vəziyyəti elan etməyə və bu qruplara qarşı hərbi əməliyyatlara icazə verməyə vadar etmişdir.
Həmin gün "Los Choneros" qruplaşmasına üzv olan silahlı şəxslər Quayakil şəhərindəki "TC Televisión" studiyasına zorla daxil olmuş və canlı xəbər yayımı zamanı jurnalistləri girov götürmüşdülər. Günün sonunda Ekvador polisi telestudiyaya basqın etmiş, jurnalistləri azad etmiş və dəstə üzvlərini götürmüşdür.
Eyni zamanda, başqa bir qrup polisləri girov götürərək onları hadisələri Noboanın elan etdiyi fövqəladə vəziyyətə reaksiya kimi xarakterizə edən bir mesaj oxumağa məcbur etmişdir. Bundan əlavə, Quayakil Universitetinin kampusunda adam oğurluğu hadisəsi baş vermiş. Burada tələbələr sinif otaqlarında barrikada qurmuşdular.
Kəşfiyyat analitikləri hücumların 2023-cü ilin dekabrında həbslər dalğasına səbəb olan siyasi xadimlər, təhlükəsizlik rəsmiləri və cinayətkar dəstələr arasında əlaqələri araşdıran "Metastaz" əməliyyatı ilə əlaqəli olduğuna inanırlar.
Dinc sakinlərə bir neçə hücumun edildiyi qeydə alınmışdır. Quayakildə "Albán Borja" ticarət mərkəzində iki mülki şəxs güllələnərək öldürülmüşdür. Həbsxana gözətçilərinin edam edildiyini göstərən videolar internetdə yayılmağa başlamışdır, digərləri isə prezident Noboa ilə dialoq tələb edərək daha çox mühafizəçini öldürməyə davam edəcəkləri ilə hədələmişdilər.
Sahibkarları və müştəriləri silahlı hücumlardan qorumaq üçün Kuito, Quayalil və Los-Valles kimi şəhərlərdə banklar, bazarlar və mağazalar bütün ölkə üzrə bağlanmışdır.
İstinadlar
Kateqoriya:2024-cü ildəki münaqişələr Kateqoriya:2024-cü ildə Ekvador Kateqoriya:Ekvadorun hərb tarixi Kateqoriya:2026-cı ildəki münaqişələr