Spahan və ya Partav — son antik dövrdə Sasani vilayəti. İndiki İranın mərkəzində yerləşir, demək olar ki, İsfahan ostanına uyğun gəlir.

Etimologiyası "Spahan" müxtəlif pəhləvicə möhürlərdə və yazılarda, o cümlədən zərdüşti keşişi Kartirin möhürlərində təsdiq edilmişdir. Mütəxəssislər güman edirlər ki, İsfahan adı "spahan"ın ərəbləşmiş formasıdır.Strazny, P. (2005). Encyclopedia of linguistics (p. 325). New York: Fitzroy Dearborn. Region Sasani numizmatikasında GD abbreviaturası ilə görünür. Ptolemeyin "Coğrafiya" əsərində "ordu üçün toplaşma yeri" kimi tərcümə olunan "Aspadana" kimi görünür. Ehtimal olunur ki, "Spahan" sözü "ordular" mənasında olan "spadanam" sözündən əmələ gəlir. Vilayət I Şapurun Kəbəyi Zərdüştdəki kitabəsində "Partav" adlanır.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:224-cü ildə yarananlar Kateqoriya:Sasanilər imperiyasının inzibati bölgüsü Kateqoriya:VII əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Fars dilində sözlər və ifadələr Kateqoriya:220-ci illərdə yaranmış dövlətlər və ərazilər