Seyid Razi Musəvi () () — İran hərbi xadimi, İİKK-nin Qüds qüvvələrində xidmət edən general. O, 2023-cü ildə HƏMAS–İsrail müharibəsi zamanı Suriyanın Rif-Dəməşq mühafəzəsinin Seyyidə-Zeynəb ərazisində İsrailin hava hücumu nəticəsində öldürülmüşdür. Ölümü zamanı Musəvi İranın Suriyada ən nüfuzlu hərbi komandiri kimi təsvir edilmişdir.

Həyatı Seyid Razi Musəvi 1963-cü ildə Zəncanda anadan olmuşdur. O, 1980-ci illərdən bəri İranın Qüds qüvvələrinin tərkibində Suriyada xidmət etmiş, Livanın "Hizbullah" qruplaşmasına silah və vəsait transferini asanlaşdırmışdır. Musəvi 1990-cı ildə Suriyada 2250-ci bölmə kimi tanınan İranın logistika bölməsinin rəhbəri vəzifəsini icra etmişdir. Suriyada vətəndaş müharibəsi boyunca Musəvi İsrail tərəfindən təşkil edilən çoxsaylı sui-qəsd cəhdləri ilə üzləşmişdir.

Ölümü Seyid Razi Musəvi HƏMAS–İsrail müharibəsi zamanı, 25 dekabr 2023-cü ildə Dəməşqin cənubunda, Seyyidə-Zeynəbdə yerləşən iqamətgahına İsrailin hava hücumu nəticəsində öldürülmüşdür.

İran Prezidenti İbrahim Rəisi Musəvinin öldürülməsini "sionist rejimin bölgədəki məyusluğunun və zəifliyinin əlaməti" adlandırmış, bunun əvəzini "mütləq ödəyəcəkləri"ni bildirmişdir. Suriyanın xarici işlər naziri Faysal Mekdad da hücumu qınamışdır.

İstinadlar

Kateqoriya:İran generalları Kateqoriya:Həmas–İsrail müharibəsi (2023) iştirakçıları Kateqoriya:Suriyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalları Kateqoriya:İsrailin hava hücumları nəticəsində ölənlər