İbrahim əd-Dəsuqi (; ) – sufi, dəsuqiyyə təriqətinin banisi.
Bioqrafiya Təsəvvüfdə Əbdülqadir Gilani, Rifai və Əhməd Bədavi ilə yanaşı dörd qütbdən biridir. Əbül-Eyneyn ləqəbi ilə tanınmışdır. Soy şəcərəsi Hüseyn ibn Əliyə gedib çatır.
İlk təhsilini Dəsuqda almış, rifaiyyə, sührəvərdiyyə və şaziliyyə təriqətlərinin üzvü olmuşdur. I Baybars İbrahim əd-Dəsuqini Misirin şeyxülislamı təyin etmiş, dini fənləri tədris etməsi üçün zaviyə tikdirmişdi. Baybarsın vəfatından sonra əd-Dəsuqi müridlərinin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.
İvrit, Qədim Misir və Suriya dillərini bilirdi.
"Əl-Cəvahir" və "əl-Həqaiq" adlı əsərləri və bir neçə qəsidəsi dövrümüzədək gəlib çatmışdır.
Məzarı ziyarətgahdır.
İstinadlar
Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:İslam tarixi Kateqoriya:Sufilər Kateqoriya:Dəsuq Kateqoriya:İslam tərcümeyi-halı Kateqoriya:Misir şəxsləri Kateqoriya:Sufi şairləri Kateqoriya:Şeyxülislamlar