Ortaq Dəyərlər İttifaqı (ODİ; , AfSV) — Nyu-Yorkda yerləşən 501(c)(3) qeyri-kommersiya çətir təşkilat, Gülən hərəkatının və ya "Hizmet"in əsas hissəsi.
Məqsədlər və strukturu Ortaq Dəyərlər İttifaqı Türkiyə din xadimi Fəthullah Güləndən ilhamlanmışdır. Onların bəyan etdiyi məqsəd "ABŞ ətrafında ictimai xidmət, təhsil və dinlərarası dialoqun təşviqinə həsr olunmuş vətəndaş, mədəniyyət və xidmət təşkilatları üçün səs kimi xidmət etməkdir".About us - Overview , Alliance for Shared Values Təşkilatın prezidenti Alp Aslandoğandır.Alp Aslandogan , The Huffington Post
Ərdoğanla qarşıdurma 2014-cü ildə ODİ bir bəyanat yayaraq Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşkilat üzvləri ilə bağlı "qanunlara tabe olan vətəndaşlara qarşı siyasi motivli təzyiq cəhdlərini", o cümlədən Gülənə qarşı hüquqi iş açaraq onun ekstradisiyasını tələb etməsini qınamışdır. Onlar həmçinin, Ərdoğanı Türkiyənin ABŞ ilə strateji əlaqələrindən istifadə etməkdə ittiham etmişdilər.Alliance For Shared Values Press Release on Erdogan , Niagara Foundation, April 29, 2014
2016-cı ildə Türkiyə Prezidenti Ərdoğan və Türkiyə hökumətinin digər üzvləri Türkiyədə çevriliş cəhdində Fətullah Gülən və onun hərəkatını günahlandırmışdılar. ODİ həm çevrilişi, həm də bu çevrilişdə iştirakda ittihamları pisləyərək cəhd günü bəyanat yaymışdır.Statement by Alliance for Shared Values on Developments in Turkey , WFMZ-TVGulen-linked body condemns attempted Turkey coup, Financial TimesU.S.-Based Cleric Fethullah Gulen Blamed by Erdogan in Turkey Coup Bid , NBC News
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Gülənçilik