Göygöl FK — Göygöl şəhərini təmsil edən futbol klubu. Azərbaycan İkinci Liqasında çıxış edir.
Tarixi Göygöl Futbol Klubunun əsası 2022-ci ildə rayonun icra hakimiyyəti və Göygölün həvəskar futbolçuları tərəfindən qoyulmuşdur. Klub əvvəlcə Birinci Liqada çıxış etmək üçün müraciət edib, lakin buna nail ola bilməyib. Klubun əsas strategiyası 2023–25-ci illərdə tam peşəkar klub olaraq formalaşmaqdır. "Göygöl" klubu baza olaraq hal-hazırda Göygöl Olimpiya İdman Kompleksindən istifadə edir. Klubun əsas komandasının baş məşqçisi Araz Mansurovdur. 2023-cü il mövsümündən Azərbaycan İkinci Liqasında çıxış edir.
2023–24 mövsümü "Göygöl" 14 komandanın iştirakı ilə təşkil olunan Azərbaycan İkinci Liqasında mübarizə aparır. "Göygöl" klubu İkinci Liqanın 11-ci turunda "Şəmkir" klubuna 8–2 hesabı ilə qalib gələrək mövsümün reakordunu vurub. Həmin mövsüm klub Azərbaycan kubokunda da mübarizəyə qoşulub. İlk təsnifat mərhələsində "Dinamo" klubuna 2–1 hesabı ilə qalib gələn "Göygöl" II təsnifat mərhələsində "Turan Tovuz" klubu ilə qarşılaşıb. Bu mərhələdə rəqibinə 5–1 hesabı ilə məğlub olaraq klub bu mərhələdə mübarizəni dayandırıb. Klubun heyətində legioner yoxdur.
Klubun heyəti Son yeniləmə: 09.12.2023
İstinadlar
Xarici keçidlər Göygöl FK transfermarkt profili
Kateqoriya:Azərbaycan futbol klubları Kateqoriya:2022-ci ildə Azərbaycanda yarananlar