Venesiya avtobusu qəzası — 3 oktyabr 2023-cü il tarixində, axşam saatlarında İtaliyanın Venesiya şəhərinin Mestre rayonunda avtobusun dəmir yolu relslərinə çırpılması nəticəsində baş vermiş böyük yol qəzası. Avtomobil qəzası nəticəsində 21 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır.

Hadisə Avtomobil qəzası 3 oktyabr 2023-cü ildə, axşam yerli vaxtla 19:38-də baş vermişdir. "La Linea" avtobus şirkətinə məxsus avtobus Venesiyanın mərkəzindəki Pyatstsale Romadan 35 turisti Margera ərazisindəki düşərgəyə aparırdı. Hadisə şahidlərinin sözlərinə görə, avtobus Mestredən Margeraya gedən yol körpüsü ilə təxminən 50 metr irəliləmiş, sonra hasara çırpılaraq 15 metr hündürlükdən dəmiryol relslərinə düşüb və yanmışdır.

Səbəbləri Əvvəlcə mediada avtobusun metanla dolduğu və çırpılan zaman elektrik naqillərinə dəyərək alovlandığı barədə məlumatlar yayılmışdır. Avtobusun sahibi olan şirkət çəkisi 13 ton olan və yaşı bir ildən az olan nəqliyyat vasitəsinin elektriklə işlədiyini qeyd etmişdir. Hadisə yerinə gələn yanğınsöndürmə briqadasının komandiri mətbuata bildirmişdir ki, yanğın avtobusun akkumulyatorlarından baş vermişdir.

İstinadlar

Kateqoriya:2023-cü ildəki fəlakətlər Kateqoriya:2023-cü ildə İtaliya Kateqoriya:İtaliyada nəqliyyat hadisələri