Şərədil — Azərbaycan Respublikasının Şamaxı rayonunun Şərədil kənd inzibati ərazi dairəsində kənd. 27 iyun 2003-cü il tarixli 493-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Şərədil kəndi Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadlı yaylanın adını daşıyır. XIX əsrin sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Şərədil adlı kənd (28 ailə, 244 nəfər) qeydə alınmışdır. Adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, "şoranlaşmış quru torpaq zolağı" mənasındadır.N. Bəndalıyev. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, s.165.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Ləngəbiz silsiləsinin Şərədil yaylasında yerləşir.

Əhalisi Kənd əhalisi 590 nəfərdir ki, onun da 281 nəfəri kişi, 309 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı Kənddə 147 təsərrüfat var. Kənddə beşulduzlu "Şamaxi Palace Platinum By Rixos" oteli fəaliyyət göstərir. Otelin açılışı 14 may 2014-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.İlham Əliyev Şamaxı rayonunda "Şamaxi Palace Platinum By Rixos" otelinin açılışında iştirak etmişdir president.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şamaxı rayonunun kəndləri Kateqoriya:Şamaxı rayonunun bələdiyyələri