Məhəmməd Baqir Sədr (); (tam adı:Seyid Məhəmməd Baqir Sədr); () — Ayətullah əl-üzma, filosof, üsuli, nəzəriyyəçi, İraq mübarizlərinin lideri. O "Şəhidi-Xamis" (beşinci şəhid) kimi də xatırlanır.
Həyatı Seyid Məhəmməd Baqir Sədr 1353-cü ilin zil-qədə ayının 25-də Kazimeyn şəhərində dünyaya gəlib. Atası Seyid Heydər Sədr Amili, anası isə Şeyx Əbdülhüseyn Əl-Yasinin qızı olmuşdur. Sədr 3 yaşında atasını itirmiş, anası və qardaşı Seyid İsmayıl Sədrin nəzarətinə verilmişdir.
Hicri Qəməri tarixi ilə 1365-ci ildə on iki yaşında ikən qardaşı Seyid İsmayıl ilə birlikdə seminariyanın professorlarından dərs almaq üçün Nəcəf şəhərinə getdi. İlkin dərslərin bir hissəsini qardaşından öyrənib. O, Seyid Əbülqasim Xoyi, Seyid Məhəmməd Ruhani və Şeyx Məhəmməd Rza Əl-Yassinin yanında yüksək fiqh və üsul kursu keçmişdir.
Molla Sədra fəlsəfəsini Badkubeidən öyrənmiş və bununla yanaşı Qərb fəlsəfəsində qeyri-müsəlman filosofların fikirlərini də Məhəmməd Tağı Cəfəridən öyrənmişdir.
Yaradıcılığı Fəlsəfətuna (Bizim fəlsəfəmiz) İqtisaduna (Bizim iqtisadıyyatımız)
Şəhid edilməsi Nəhayət, 1359-cu il aprelin 16-da (19 Cümədiül-əvvəl 1400) Seyid Məhəmməd Baqir Sədr həbs edilərək Bağdada aparıldı. Həbs olunarkən ondan aşağıdakıları etiraf etməsi istənilib:
Onun Bəəs partiyasına üzvlüyünün qadağan edilməsinə dair fətvasının geri qaytarması və buna icazə verməsi;
Onun Hizb-ül-Dəvətdən bəraət verməsi haqqında fətva verməsi;
İran inqilabını bəyənməməsini bildirməsi;
Seyid Məhəmməd Baqir Sədr bunları qəbul etmədi və nəhayət, hökumət ondan həbsdən çıxıb normal həyat sürmək üçün birinci və ya ikinci şərtlərdən birini qəbul etməsini istədi, lakin bu şərt də qəbul olunmadı. Nəhayət, Səddam Hüseynin göstərişi ilə o və bacısı Bint əl-Hüda Sədr öldürüldü.
Həmçinin bax Sədrlər Livan İraq Müqtəda əs-Sədr Məhəmməd Tağı Cəfəri Musa Sədr İsmayıl Sədr Əminə Sədr
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İraqlı şiə din xadimləri Kateqoriya:İraq ayətullahları Kateqoriya:İslam filosofları Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Musəvilər Kateqoriya:Şiə din xadimləri