Kennet Nil Wals (; ) — ABŞ politoloqu. O, həm Kaliforniya, Berkli və Kolumbiya Universitetlərində fakültənin üzvü, həm də bir beynəlxalq münasibətlər sahəsində ən görkəmli alimlərdəndir.Susan Peterson and Michael J. Tierney with Daniel Maliniak (August 2005). Teaching and Research Practices, Views on the Discipline, and Policy Attitudes of International Relations Faculty at U.S. Colleges and Universities Vals həm İkinci Dünya müharibəsi, həm də Koreya müharibəsi veteranı olmuşdur.
Vals beynəlxalq münasibətlər nəzəriyyəsində neorealizmin və ya struktural realizmin ilkin yaradıcılarından biri hesab olunur. O, sonralar müdafiə neorealizmi məktəbi ilə əlaqələndirilmişdir. Valsın nəzəriyyələri beynəlxalq münasibətlər sahəsində geniş müzakirə edilmişdir. Onun 1979-cu ildə yazdığı "Beynəlxalq siyasət nəzəriyyəsi" kitabı ABŞ universitetlərində Beynəlxalq Münasibətlər üzrə magistr hazırlığında ən çox tapşırılan kitabdır.
Dissertasiya mükafatı Kennet Vals Dissertasiya mükafatı Amerika Siyasi Elmlər Assosiasiyası tərəfindən beynəlxalq təhlükəsizlik və silahlara nəzarətin öyrənilməsi üzrə ən yaxşı müdafiə olunmuş dissertasiyaya verilən illik mükafatdır. Ölkənin hər yerindən gələn tələbələrə sənədlərini dörd üzvdən ibarət komitəyə təqdim etməyə icazə verilir. Komitə istənilən üslubu qəbul edir, istər tarixi, istər kəmiyyət, istər nəzəri, istər siyasi təhlili və s.
Təltifləri Vals 1990-cı ildə "Nüvə mifləri və siyasi reallıqlar"a görə "American Political Science Review"da ən yaxşı məqalə üçün 1991-ci ildə Hayns Aynlau mükafatını almışdır. O, 1999-cu ildə Amerika Siyasi Elmlər Assosiasiyasından "siyasət elminə görkəmli elmi töhfələrə görə" Ceyms Medison mükafatını almışdır.Hollander, Jason (March 28, 2000). "Prof. Kenneth N. Waltz's Political Realism Wins James Madison Lifetime Achievement Award In Political Science" . Office of Communications and Public Affairs, Columbia University. 2010-cu ildə Beynəlxalq Tədqiqatlar Assosiasiyası onu Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Bölməsinin Fəxri Alimi adlandırmışdır."Kenneth N. Waltz (1924–2013)". Arnold A. Saltzman Institute of War and Peace Studies. Archived from the original on 23 December 2017. Retrieved 19 November 2014.
2008-ci ildə Aberistuit Universiteti tərəfindən Valsın şərəfinə "Düşüncə kralı: Nəzəriyyə, mövzu və Vals" adlı konfrans keçirilmişdir. Burada "İnsan, dövlət və müharibə" kitabının nəşrinin 50 illiyi və "Beynəlxalq Siyasət Nəzəriyyəsi" kitabının 30 illiyi qeyd edilmişdir.
Vals Kopenhagen Universiteti, Oberlin Kolleci, Nankay Universiteti, Aberistuit Universiteti və Makedoniya Universitetindən fəxri doktorluq dərəcəsi almışdır.
Əsərləri Man, the State, and War. Columbia University Press. New York: 1959. Foreign Policy and Democratic Politics: The American and British Experience. Little, Brown and Company. New York: 1967. Theory of International Politics. Waveland Press. Long Grove, IL: 1979 (reissued 2010). The Use of Force: Military Power and International Politics. University Press of America. New York: 1983. (coauthored with Robert Art). Reflections on Theory of International Politics. A Response to My Critics, in: Keohane, Robert: Neorealism and Its Critics. 1986. The Spread of Nuclear Weapons: A Debate Renewed. W. W. Norton & Company. New York: 1995. Realism and International Politics. Routledge. 2008.
İstinadlar
Əlavə ədəbiyyat
MacKay, J. (2020). "Kenneth Waltz's approach to reading classic political theory and why it matters." International Theory
Xarici keçidlər Conversations with History 2003 interview with Waltz by Harry Kreisler (video) Theory Talks 2011 interview with Kenneth Waltz Articles by Kenneth Waltz Annual Reviews Conversations Interview with Kenneth Waltz 2011 interview with Kenneth Waltz, conducted by James Fearon (video) The Diplomat Interviews Kenneth Waltz on "Why Iran Should get the Bomb" 2012 interview with Waltz, conducted by Zachary Keck Kenneth Neal Waltz Papers at the Rare Book and Manuscript Library, Columbia University, New York, NY
Kateqoriya:ABŞ politoloqları Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Brandeys Universitetinin müəllimləri Kateqoriya:ABŞ filosofları