Mahir Əmiraslanov () — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2019-cu il Avropa Oyunlarının qalibi.

Karyerası Mahir Əmiraslanov 2013-cü ildə Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatını bürünc, Serbiyada isə yeniyetmələr arasında Dünya Çempionatını gümüş medallarla başa vurdu. Bir il sonra, 2014-cü ildə Mahir Əmiraslanov yeniyetmələr arasında Avropa Çempionatını beşinci pillədə başa vursa da, yeniyetmələr arasında Dünya Çempionatında növbəti dəfə gümüş medalın sahibi oldu.

2015-ci ilin avqustunda Mahir Əmiraslanov Braziliyada gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Sentyabrda Las-Veqas şəhərində Dünya Çempionatlarında debüt edən Mahir Əmiraslanov noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirini də bürünc medalla başa vurdu. 2016-cı il ərzində Mahir Əmiraslanov İstanbul şəhərində Yaşar Doğu Turnirini və Buxarest şəhərində gənclər arasında Avropa Çempionatının bürünc medallarına sahib oldu. Həmin mövsüm də Mahir Əmiraslanov həm də Latviyada Avropa Çempionatını beşinci pillədə başa vurdu.

Mahir Əmiraslanov 2017-ci ildə Rusiyada Əli Əliyev Turnirinin qalibi oldu, İstanbul şəhərində Yaşar Doğu Turnirini gümüş medalla, Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin və Rusiyada V. Semenov Turnirinin isə bürünc medallarına sahib oldu. Həmin ilin mayında Mahir Əmiraslanov həm də IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.

Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Mahir Əmiraslanov apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu, iyunda isə Belarusda Avropa Oyunlarının qalibi oldu.

2021-ci ildə bir sıra beynəlxalq turnirlərdə uğursuz nəticə göstərən Mahir Əmiraslanov həmin il idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12013Yeniyetmələrin Avropa Çempionatı Monteneqro3.2Yeniyetmələrin Dünya Çempionatı Serbiya2.32014Yeniyetmələrin Avropa Çempionatı Bolqarıstan5.4Yeniyetmələrin Dünya Çempionatı Slovakiya2.52014Gənclərin Dünya Çempionatı Braziliya1.6Dünya Çempionatı ABŞ20.7Qızıl Qran-Pri Azərbaycan3.82016Yaşar Doğu Turniri Türkiyə3.9Avropa Çempionatı Latviya5.10Gənclərin Avropa Çempionatı Rumıniya3.112017Yaşar Doğu Turniri Türkiyə2.12D. Kolov - N. Petrov Turniri Bolqarıstan3.13İslam Həmrəyliyi Oyunları Azərbaycan1.14Əli Əliyev Turniri Rusiya1.15Dünya Çempionatı Fransa18.16V. Semenov Turniri Rusiya3.172019Avropa Çempionatı Rumıniya3.18Avropa Oyunları Belarus1.19Dünya Çempionatı Qazaxıstan14.20Hərbçilərin Dünya Oyunları Çin8.212021Fransa Qran-Prisi Fransa7.22Kiyev Turniri Ukrayna12.

İstinadlar

Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:2019 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında qızıl medal qazananlar Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar