Vaqif Səmədoğlu medalı – XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, "60-cılar ədəbi nəsli"nin önücüllərindən biri və Azərbaycan sərbəst şeirinin reformatorlarından olan Vaqif Səmədoğlunun (1939–2015) adını daşıyan medal 2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin sədri, şairin həyat yoldaşı, yazıçı və şərqşünas Nüşabə Babayeva-Vəkilovanın təşəbbüsü ilə təsis olunub və Vaqif Səmədoğlu Mərkəzinin İdarə Heyətinin qərarı ilə verilir.
Həm azərbaycanlı, həm də dünyanın müxtəlif ölkələrindən olan tanınmış ədəbiyyat və mədəniyyət adamları, ictimai xadimlər üçün nəzərdə tutulan medal əsas iki meyarla verilir: Azərbaycan ədəbiyyatının və mədəniyyətinin, ayrıca olaraq Vaqif Səmədoğlu irsinin təbliğinə görə; Dünya ədəbiyyatına və xüsusən dünya poeziyasına verdiyi töhfələrə görə;
Medal heykəltəraş və rəssam Kamran Əsədov tərəfindən hazırlanıb.
Vaqif Səmədoğlu medalını almış şəxslər 2019 Anar İradə Musayeva Elxan Zal Fərid Hüseyn Rüstəm Kamal Aliyə Səmədova
2020 Düsen Kaseyinov (Qazaxıstan) Səməd Vəkilov Kamran Əsədov Ülviyyə Heydərova Afaq Bəşirqızı Valeh Kərimov Kamran Yunis Xəzər Süleymanlı Nəzrin Hüseynli
2021 Kərim Vəliyev Ramiz Həsənoğlu Arye Qut (İsrail)
2022 Nüşabə Babayeva-Vəkilova Mobil Babayev
2023 Səlim Babullaoğlu Ana Blandiana (Ruminiya)
Xarici keçidlər Vaqif Səmədoğlu Mərkəzinin rəsmi saytı Yazarlara Vaqif Səmədoğlu medalı verilib (kulis.az) Vaqif Səmədoğlu Mərkəzi General Kərim Vəliyevi və Arye Qutu Mükafatlandırıb (strategiya.az) Bu şəxslər "Vaqif Səmədoğlu" medalı aldılar (bakupost.az) Xanımı Vaqif Səmədoğlu medalına layiq görüldü (axar.az) Bu şəxslər "Vaqif Səmədoğlu" medalı ilə təltif edildi (analoq.az)
Həmçinin bax Vaqif Səmədoğlu Vaqif Səmədoğlu Mərkəzi
Kateqoriya:Azərbaycan medalları Kateqoriya:Azərbaycanın ədəbiyyat mükafatları