thumb|

Cenevrə Böyük Şurası (fr. Grand Conseil de Genève) — İsveçrənin Cenevrə kantonunun qanunverici orqanı. "Respublika və Kanton" kimi tərtib edilmiş Cenevrə birpalatalı qanunverici orqana malikdir.

Böyük Şura 1842-ci ildə yaradılmışdır."Archives de la République et Canton de Genève" , first section, Councils Şuranın üzvləri 100 nəfər idir və 4 ildən bir seçilirdi. Onun ən qədim əcdadı 1526-cı ildə qurulan İki Yüz (200 yer) Şurasıdır."Histoire de Genève" , Helvetia-genevensis Society.

Böyük Şurada təmsil olunmaq istəyən siyasi partiyaların keçməli olduğu 7%-lik sınaq müddəti var. 2018-ci il aprelin 15-də keçirilən son seçkilərdə 7 partiya bunu edib.

2018-ci ildə 2013-cü illə müqayisədə daha az seçici fəallığı səbəbindən sağçı populistlər əvvəlki qazanclarını itirib, və ənənəvi olaraq öndə gedən partiyalar - Liberallar, Sosial Demokratlar və Yaşıllar isə səslərini artırıblar. Səlahiyyətləri

Böyük Şura kantona aid olan bütün sahələrdə qanunlar qəbul etmək və dövlətin büdcəsini və hesablarını təsdiq etmək səlahiyyətinə malikdir. Belə ki, 2021-ci ilin büdcəsi kəsirə baxmayaraq səsə qoyulsa da, 2022-ci ilin büdcəsi Böyük Şura tərəfindən təsdiq edilmədi.

Bundan əlavə, o, icra hakimiyyətinin idarə olunmasına yüksək nəzarət edir. Cenevrə azsaylı kantonlardan biridir ki, burada hər bir deputatın qanunvericilik/parlament təşəbbüsü hüququ vardır. Beləliklə, hər bir deputat qanunverici orqana tam formalaşdırılmış qanun layihəsi təqdim edə bilər. Üzvləri

İldə bir dəfə prezident, iki vitse-prezident və hər parlament qrupundan bir üzvdən ibarət Böyük Şura öz vəzifəsini yeniləyir.

Böyük Şuranın prezidenti 28 aprel 2023-cü ildə bir il müddətinə seçilən Selin Zuber-Roydur, Alberto Velasko — 1-ci vitse-prezident, Thierri Serutti — 2-ci vitse-prezidentdir. Mass du sautier

Mass du sautier — Respublikanın qüdrətini simvolizə edən çubuq..

Hazırkı mass 1999-cu ilə aiddir. O, zərgər Gilbert Albert tərəfindən işlənilib. Lüləsi palıd ağacından hazırlanıb, aşağı ucu qızıldandır və içində Niton daşlarından qopan qranit parçası var. Yuxarı hissəsi 1787-ci ildə Monblandan gətirilmiş qranit parçasındandır. Sfera kantonun siyasi coğrafiyasını və əhalisini göstərir: Cenevrənin 14 çayının çınqıllarından hazırlanmış 14 kaboşon təməlində qoyulub. Zərgər 3 keçmiş şəhərətrafı kommunaların (1931-ci ildə Cenevrə şəhəri ilə birləşən) qalxanları ilə tamamlanan Cenevrənin 45 indiki kommunasının 45 qalxanını qızılla bəzəyib. Rəsmi Cenevrə atşabalıdı ağacı

Hər il Mass du sautier rəsmi atşabalıdı ağacının ilk yarpağının çiçəklənməsi ilə Cenevrədə yazın gəlişini elan edir. 1818-ci ildən toplanmış bu məlumatların təhlili qlobal istiləşməni müşahidə etmək üçün real vasitədir.

Həmçinin bax

Cenevrə kantonu

İstinadlar

Biblioqrafiyası

https://www.ius.uzh.ch/dam/jcr:9b705096-5ab2-4386-95d7-bc37f773507c/10Vol_X.pdf https://ge.ch/grandconseil/data/divers_publication_pdf/2003_10_rapport_com_idheap_2003_11.pdf

Xarici keçidlər Site officiel Les présidences du Grand Conseil de Genève En savoir plus sur le marronnier officiel

Kateqoriya:Cenevrə kantonu Kateqoriya:Cenevrə Kateqoriya:İsveçrə