Məhəmməd Abdulhəmidov () — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu.
Karyerası Məhəmməd Abdulhəmidov 2008-ci ilin noyabrında İngiltərənin Liverpul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Məhəmməd Abdulhəmidov İspaniya nümayəndəsi Fransisco Torrijosa məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu.
2010-cu ildə Məhəmməd Abdulhəmidov Azərbaycan vətəndaşlığını qəbul etdi və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etdi. Məhəmməd Abdulhəmidov 2010-cu ilin iyununda Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Deçlan Geragi üzərində 10:2 hesabı ilə qələbə qazanan Məhəmməd Abdulhəmidov turnirin 1/4 final mərhələsində Almaniya nümayəndəsi Ronni Bebliya məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.
Məhəmməd Abdulhəmidov 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Məhəmməd Abdulhəmidov 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. 56 Kq. turnirində çıxış edən Məhəmməd Abdulhəmidov olimpiadada avqustun 1-də mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Məhəmməd Abdulhəmidov olimpiadanın 1/8 final mərhələsində Yaponiya nümayəndəsi Satoşi Şimizu ilə üz-üzə gəldi. Referilər tərəfindən verilən qalmaqallı qərara əsasən Məhəmməd Abdulhəmidov rəqibi üzərində 22:18 hesabı ilə qələbə qazansa da, bir gün sonra bu nəticə ləğv edildi. Avqustun 2-də AIBA London Olimpiadasının 1/8 final mərhələsin çərçivəsində Məhəmməd Abdulhəmidov və Satoşi Şimizu arasında baş tutan görüşün nəticəsinin ləğv edilməsi, Satoşi Şimizunun isə qalib elan edilməsi barədə bəyanat verdi. Bəyanata əsasən Məhəmməd Abdulhəmidov üçüncü raundda altı dəfə yerə yıxılıb. Qaydalara əsasən, referilər ən azı üç belə halı nəzərə almalıdırlar. AIBA qaydalarına əsasən, bu zaman referi döyüşü dayandırmalı və rəqibin qələbə qazandığı qərarı verməlidir. Həmin hadisə daha sonradan məşhur "Azərbaycan idmanı rəsmilərinə London Olimpiadasının 2 qızıl medalı üçün $10 milyon pul ödədi" hadisəsinin əsası idi.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Rusiya12008Avropa Çempionatı İngiltərəPAT Azərbaycan22010Avropa Çempionatı Rusiya5.32012Avropa Olimpiya Təsnifat Turniri Türkiyə2.42012Olimpiya Oyunları Birləşmiş KrallıqPAT
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları