Sinu (, ) — İraqın Ninəvə mühafazasının Təlafər qəzasının mərkəzi nahiyyəsində kənd.

Tarix Sinu kəndi 2014-ci ildə İŞİDin yürüşünə məruz qalaraqraialyoum 90%-ə qədəri viran edilmişdi. Kənd əhalisi isə ilk olaraq qonşu Səncər qəzasına təxliyə edilərək oradan da İraqın cənubuna qaçqın düşmüşlər. 2017-ci ildə Sinu kəndi İŞİDin işğalından azad edilib.

Coğrafiya Kənd Mosuldan 80 km, Təlafərdən isə 25 km qərbdə Səncər qəzasının qonşuluğunda yerleşir. Sinudan Suriya sərhəddinə qədər cəmi 38 km məsafə var.

Əhalisi Kənddə təxminən 400 evdə 2 min nəfərə yaxın əhali yaşayır. Bütün kənd sakinləri İraq türkmanlarından ibarətdir. Kəndin əhalisi Oğuzların Yıva boyundan olub İslamin şiə məzhəbinə etiqad edirlər.

İstinadlar

Mənbə

Kateqoriya:Təlafər qəzasının kəndləri Kateqoriya:İraqdakı Türkman yaşayış məntəqələri