– Yaponiya biznesmeni. 1964-cü ildə "Ushio Inc." şirkətini qurmuşdur. Yaponiya siyasətində təsiri olmuşdur.
Həyatı və karyerası 1931-ci ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur. 1953-cü ildə Tokio Universitetindən məzun olmuş, 1956–1957-ci illərdə Berkli Kaliforniya Universitetində təhsil almışdır. Uşio Yaponiyaya qayıtdıqdan sonra ailə biznesinə – "Ushio Industry" şirkətinə qatılmışdır. 1964-cü ildə ailə şirkətindən ayrılaraq öz şirkətini ("Ushio Inc.") qurmuş və prezidenti olmuşdur. Tez bir zamanda informatika təchizatı, elektronika, yeni materiallar və kosmos kimi yeni texnologiya sahələrinə daxil olmuş, şirkətini böyütmüşdür. 1969-cu ildə Yaponiya Beynəlxalq Gənclər Palatasının sədri seçilmişdir. Rahat korporativ mədəniyyətin tənqidçisi olmuşdur.
Uşio 1995–1999-cu illərdə ölkənin ən vacib biznes qurumlarından olan Yaponiya İcraçı Direktorlar Assosiasiyasına rəhbərlik etmişdir. O, təşkilata ilk dəfə 1959-cu ildə qoşulmuşdur. Sədrliyi dövründə hökumətin kiçildilməsini və özəl sektorun iqtisadiyyatı qabağa aparması üçün deregulyasiyanı müdafiə etmişdir. 2001-ci ilin yanvarında hökumətin İqtisadi və Fiskal Şurasının özəl sektor üzvü olmuşdur. 2006-cı ilin sentyabrındakı gedişinə qədər Cuniçiro Koyzuminin struktur islahatlarını dəstəkləmişdir.
Uşio "KDDI" telekommunikasiya şirkətinin sədri və "Japan Post Holdings" şirkətinin xarici direktoru olmuşdur. O, 13 iyun 2023-cü ildə pnevmoniyadan ölmüşdür.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Kotobank saytında
Kateqoriya:Yaponiyanın iş adamları Kateqoriya:Yaponiyanın şirkət təsisçiləri Kateqoriya:Yaponiyada ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Yaponiya uzunömürlüləri