Şina ( ) şina xalqının danışdığı Hind-ari dilləri qrupuna aid dildir. Pakistanda şina dili əsasən Gilgit-Baltistan və Kohistanda yaşayan təxminən 1.146.000 nəfərin gündəlik danışdığı əsas dildir. Şina dilində danışanların bir qismi də Hindistanda Cammu və Kəşmirin Guraiz vadisində və Ladaxın Dras vadisində də yaşayırlarr. Brokskat dili kimi Şina dili də Dard dilləri qrupuna aiddir və bu iki dildən əlavə bu qrupa Ladaxda danışılan — Kundal Şahi; Azad Kəşmirdə danışılan — Palula dili; Savi dili (Dardca) Çitral dili, Uşoji dili; Svat vadisində və Pakistanın Dir rayonunda Kalkoti dili kimi dillər də daxildir. thumb|222x222px|Şina xalqının Kəşmirdə yaşadığı bölgələr Yaxın keçmişə qədər şina dili üçün yazı sistemi yox idi. Tarix boyunca bir sıra yazı sistemləri təklif edilmişdir və buna baxmayaraq Şina dilində danışanların istifadə etdiyi vahid yazı sistemi yoxdur. Şina əsasan yazı dili deyil, danışıqda daha çox istifadə olunan bir dilidir. Şina dilində danışanların böyük əksəriyyəti öz dillərində yazı yazmır.
İstinadlar
Kateqoriya:Dard dilləri