Qriqori Martirosyan (, ) – Qondarma Dağlıq Qarabağ Respublikasının dövlət naziri (2018–2021). O, daha öncə o vaxtkı dövlət naziri Arayik Arutyunyan istefa verən və onun yerinə Martirosyan təyin olunduğu 2017-ci ilin sentyabrından 2018-ci ilin iyununa qədər maliyyə naziri vəzifəsində çalışıb.

Həyatı Qriqori Martirosyan 1978-ci il noyabrın 14-də Xankəndi şəhərində anadan olub. 1995-ci ildə şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1999-cu ildə bakalavr dərəcəsi üzrə Artsax Dövlət Universitetinin (Xankəndi Pedaqoji İnstitutu) İqtisadiyyat fakültəsindən, 2001-ci ildə isə magistr dərəcəsi üzrə İrəvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsindən fərqlənmə diplomu ilə məzun olmuşdur. 2004-cü ildə İrəvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin aspiranturasını bitirmiş və həmin ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adını qazanmışdır.

Karyera 1998–1999-cu illərdə Dövlət Statistika, Dövlət Reyestri və Təhlil İdarəsində I kateqoriyalı iqtisadçı vəzifəsində işləyib. 2000–2005 — Ermənistan Respublikası Hökuməti yanında dövlət satınalmaları agentliyində aparıcı mütəxəssis, 2005–2007-ci illərdə isə Ermənistan Respublikasının Maliyyə və İqtisadiyyat Nazirliyində baş mütəxəssis vəzifəsində çalışıb. 2007-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının "Dövlət Satınalmaları Agentliyi" dövlət qeyri-kommersiya təşkilatı rəhbərinin müavini, 2008-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının maliyyə nazirinin müavini, 2015-ci ildə isə birinci müavini təyin olunub. O, 2010-cu ildən Artsax Dövlət Universitetində müəllimlik etməyə başlayıb.

25 sentyabr 2017-ci ildə Qondarma Artsax Respublikası Prezidentinin fərmanı ilə Qondarma Artsax Respublikasının maliyyə naziri təyin edilib.

6 iyun 2018-ci ildə Qondarma Artsax Respublikası Prezidentinin fərmanı ilə Qondarma Artsax Respublikasının dövlət naziri təyin edilib.

Mükafatlar "Ananiya Şirakatsi" medalı və Qondarma Dağlıq Qarabağ Respublikası Baş nazirinin xatirə medalı ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Xankəndi Pedaqoji İnstitutunun müəllimləri