Meggi Mey Beyrd () — amerikalı aktrisa, ssenarist və teatr müəllimi. Beyrd Kolorado ştatında musiqi ifa edərək böyümüş, Yuta Universitetində rəqs və teatr üzrə təhsil almışdır. Məzun olduqdan sonra Nyu-Yorka köçüb və burada Brodvey teatrında tamaşalar etmişdir. Onun televiziyadakı ilk rolu 1981-ci ildə yayımlanan "Another World" sabun operasında olmuş, film debütü isə 1989-cu ildə çəkilmiş "An Innocent Man" filmində olmuşdur.
Həyatı Meggi Beyrd 29 mart 1959-cu ildə Kolorado ştatının Fruta şəhərində anadan olub. Gənc yaşlarında piano və gitara çalmağı öyrənib. 1977-ci ildə məktəbi bitirmiş, bunun ardınca təhsilinə davam etmək üçün Yuta Universitetinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Nyu-York şəhərinə köçərək Brodvey tamaşalarında çıxışlar etmişdir. Meggi 1991-ci ildə Los-Ancelesə köçüb, o, "L. A. Law", "Murphy Brown", "Walker, Texas Ranger" və "Picket Fences" daxil olmaqla müxtəlif film və seriallarda çəkilmişdir.
Şəxsi həyatı thumb|Meggi 2018-ci ildə qızı Billi Ayliş ilə birlikdə|185x185px Meggi Alyaskada çıxış edərkən tanış olduğu aktyor Patrik O'Konnell ilə 1995-ci ildə ailə həyatı qurub. Evliliyindən iki il sonra oğlu Finneas dünyaya gəlmişdir. Onun qızı Billi Ayliş 2001-ci ilin dekabrında Los-Ancelesin Highland Park bölgəsində anadan olub. O və həyat yoldaşı övladlarına evdə təhsil veriblər.
Filmoqrafiya Six Feet Under (2005) | Epizod: "A Coat of White Primer" Sümüklər (2009) | Epizod: "Double Trouble in the Panhandle" Buz dövrü: Mamont miladı (2011) Billi Ayliş: Dünya bir az bulanıqdır (2021)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ müzikl aktrisaları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:İrlandəsilli amerikalılar