link=Файл:Sergei_Parajanov._2._Yuri_Mechitov.jpg|350x350px "Barmaqlıqlar arxasında". Rejissor Sergey Paracanov homoseksuallıqda mühakimə olunan ən məşhur insanlardan biri oldu Tarixən Rusiya digər Avropa ölkələrinə nisbətən homoseksuallara qarşı daha dözümlü olub. Dünyəvi cinayət hüququ 18-ci əsrə qədər bu məsələni həll etməmişdir. Rus Pravoslav Kilsəsi eynicinsli əlaqəni (həm qadın, həm də kişi) ciddi günah hesab edirdi, lakin kanon qanunlarına görə, bunun cəzası digər "zina" formaları ilə müqayisə oluna bilər və həmin cəza Qərbi Avropadan daha yumşaq idi.

Rusiyada homoseksualizm əleyhinə qanunvericilik ilk dəfə 1706-cı ildə I Pyotr tərəfindən Alman hərbi qaydalarını köçürərək təqdim edilmişdir. Qanun yalnız hərbi qulluqçulara şamil edilirdi və yeni yaradılmış Avropa tipli orduda nizam-intizamın qorunması zərurəti ilə əsaslandırılırdı.

Kişi homoseksuallığının kriminallaşdırılmasının ikinci dalğası I Nikolayın mühafizəkar siyasəti və qanunvericilik islahatları çərçivəsində baş verdi. 1835-ci ildə cinayət qanunlarının yeni toplusu qüvvəyə minir. Buraya homoseksualizm əleyhinə məqalə də daxil idi, bu məqalə də Almaniyanın təsiri altında yazılmışdır, lakin homoseksualların təqibi artıq dini əxlaqi əsaslandırmaya malik idi və Rusiya İmperiyasının bütün subyektlərini əhatə edirdi. Bu vəziyyət monarxiyanın süqutuna qədər 82 il davam etdi. Rusiya İmperiyasında lezbiyanlar Finlandiya Knyazlığı istisna olmaqla, qanunla təqib olunmadılar.

1917-ci il Oktyabr inqilabı bütün çar qanunlarının ləğvinə səbəb oldu. Kommunistlərin homoseksuallığa münasibəti birmənalı olmasa da, dünyəvi elmi fikirlərə əsaslanan yeni cinayət qanunları eynicinsli münasibətlərə görə cəza nəzərdə tutmurdu. Eyni zamanda ayrı-ayrı təqib halları da olub.

Rusiyada üçüncü anti-homoseksual kampaniya Stalin repressiyaları zamanı başladı. 1933-cü ildə eynicinsli münasibətdə olan kişilər sovet cəmiyyətini məhv edən "cəsus" və "əks-inqilabçı" elan edilirdilər. Cinayət məcəlləsinə müvafiq dəyişikliklər edildi. Stalinin ölümündən sonra homoseksualizm əleyhinə qanunlar ləğv edilmədi, hətta təqiblər daha da gücləndi. Müxtəlif hesablamalara görə, sovet cinayət qanununun 60 ili ərzində 25 mindən 250 minə qədər insan məhkum edilib. Bundan əlavə, son sovet dövründə lezbiyanlar repressiv psixiatriyaya məruz qalırdılar.

SSRİ-nin dağılmasından sonra homoseksualizm əleyhinə sovet qanunları Rusiyada 1993-cü ilə qədər mövcud olub, yeni Konstitusiyanın hazırlanması və Avropa Şurasına qəbul zamanı həmin diskriminativ qanunlar ləğv edilib.

Lakin 21-ci əsrdə Rusiya siyasətində mühafizəkarlıq artıb, bunun nəticəsində İnzibati Məcəlləyə homoseksualların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırmaq üçün hakimiyyət tərəfindən istifadə edilən "homoseksuallığın təbliğatını" qadağan edən maddə daxil edilib. Rusiyada bu cür insan hüquqlarına zidd ab-havaya köklənmiş Çeçenistan hakimiyyəti yaranmış bu əlverişli mühitdən istifadə edərək 2017-ci ildə homoseksual kişiləri kütləvi şəkildə qaçırmağa, onlara işgəncə verməyə və öldürməyə başladı. Hətta bir çox media platformalarında bunu homoseksualların soyqırımı adlandırdılar.

Sovet Rusiyasında dekriminalizasiya Fevral inqilabı və Müvəqqəti Hökumətin hakimiyyətə gəlməsindən sonra imperiya qanunları qüvvədə olmaqda davam etdi. Ölkənin yeni rəhbərliyi Cinayət Məcəlləsinə yenidən baxılması üçün V. D. Nabokov daxil olmaqla yeni komissiya yaratdı, lakin komissiyanın işinin nəticələri məlum deyil. Oktyabr inqilabı nəticəsində bolşeviklərin və sol sosialist inqilabçılarının nümayəndələri hakimiyyətə gəldilər. Onların homoseksuallığa baxışları son dərəcə tolerant idi. Eynicinsli münasibətlərə yeni hüquqi qiymətin formalaşması müxtəlif amillərin təsiri altında baş verdi. Sekulyarizm, kilsə ilə dövlətin bir-birindən ayrılması hüquqi məsələlərdə dini baxışların uzaqlaşmasına səbəb oldu. Materializmə və dünyanın rasional biliyinə diqqət yetirilməsi homoseksuallığı tibbi baxımdan qiymətləndirmək cəhdinə səbəb oldu. Bu dövrdə fəal inkişaf edən psixiatriya və endokrinologiya cinsi orientasiyaların sosial deyil, bioloji səbəblərini göstərən çoxlu elmi sübutlar meydana çıxartdı. Bundan əlavə, bir sıra solçu siyasətçilər gender bərabərliyi və cinsi inqilab elan etdilər. Bütün bunlar homoseksualların cinayət təqibindən imtina edilməsinə səbəb oldu.

1920-ci ildə D. İ. Kurskinin nazir olduğu dövrdə M. Yu. Kozlovskinin müəllifi olduğu cinayət məcəlləsi layihəsi qəbul edildi, burada eynicinsli münasibətlərin təqibi nəzərdə tutulmamışdı. Kozlovski öz işində " 1903-cü il Cinayət Məcəlləsi "nə və Fransa İnqilabının məcəlləsinə (homoseksuallığı dekriminallaşdıran) istinad etdi, o, qanunvericiliyin dünyəviləşdirilməsi və cinsi pozğunluqlar anlayışlarının tibbiləşdirilməsi prinsiplərini aydın şəkildə nümayiş etdirdi. Digər hüquqşünaslar (o cümlədən P. A. Krasikov, L. A. Savrasov, N. A. Çerlyunçakeviç və N. V. Krilenko) tərəfindən əhəmiyyətli dərəcədə yenidən işlənmiş bu layihə və onun ideyaları " RSFSR 1922-ci il Cinayət Məcəlləsinin " və sonrakı " RSFSR 1926-cı il Cinayət Məcəlləsinin " əsasını təşkil etmişdir. Beləliklə, Sovet Rusiyasında eynicinsli münasibətlər rəsmi olaraq dekriminallaşdırıldı. Bu zaman Qərbi Avropanın bir sıra ölkələrində (o cümlədən Böyük Britaniya və Almaniyada) homoseksualların qanunla təqibi davam edirdi.

1920-ci illərin əvvəllərində Xalq Səhiyyə Komissarlığının nümayəndələri (o cümlədən, Xalq Komissarı N. A. Semaşko və G. A. Batkis) alman həmkarları ilə, xüsusən də Cinsi Elmlər İnstitutu M. Hirşfeld ilə fəal əlaqə saxlayırdılar və birgə bəyanatlarında Sovet Rusiyasında homoseksualların təqibinin dayandırılmasını düşünülmüş tədbir olaraq qeyd etmişdilər. Professor P. İ. Lyublinski 1925-ci ildə oxşar mövqedən çıxış etmişdir. Kapitalist ölkələrinin homofob siyasəti Böyük Sovet Ensiklopediyasının birinci nəşrində (1930) ikiüzlülük kimi tənqid edilmişdir. link=Файл:Russia_gay_1921.jpg|300x300px15 yanvar 1921-ci il maskarad iştirakçıları.Petroqrad, Simeonovskaya küçəsi 6, mənzil. № 1. 1921-ci ildə "Petroqrad klubu işi" adlanan hadisə baş verdi. Təhlükəsizlik işçiləri vaxtaşırı çoxlu sayda insanın, o cümlədən hərbi dənizçilərin görüşlərinin keçirildiyi mənzilə diqqət yetiriblər. "Əks-inqilabçıları" üzə çıxarmaq şübhəsi ilə Ümumrusiya Fövqəladə Komissiyası zabitləri basqın təşkil etdilər və nəticədə gəlinin və bütün xanımların qadın paltarı geyinən kişilər olduğu maskaradlı məclis aşkarladılar. Dindirilmə zamanı məlum oldu ki, orada olanların hamısı (90-dan çox) homoseksualdır və mənzil bir növ klub rolunu oynayır. Prosesə ekspert qismində V. M. Bexterev və V. P. Protopopov cəlb edilmiş, onlar hadisəni ətraflı təsvir etmişlər.

İş, konsensual eyni cinsli münasibətlərin hüquqi statusu ilə bağlı müzakirələrə töhfə verərək genişləndi. Bir sıra hüquqşünaslar bunu azğınlıq yuvası kimi dəyərləndirdilər, digərləri (o cümlədən A. A. Jijilenko və P. İ. Lyublinski) haqq qazandırmağa çalışdılar. Nəhayət, 1923-cü ildə amnistiya nəticəsində işə xitam verildi.

Stalin repressiyaları və kriminalizasiya Birinci beşilliyin əvvəlində və İ. V. Stalinin hakimiyyətə gəlişi ilə bir sıra yeni proseslər başladı. Birincisi, insan təbiətinin dərk edilməsində biologiya elmlərinin (psixiatriya, endokrinologiya) rolu getdikcə azalırdı, siyasi kursun xeyrinə xarici mühit təsirlərinin insanın bioloji amillərindən üstünlüyünü bəyan edən fikirlər ön plana çıxdı. Müvafiq olaraq sosial problemlərin həllində təbabətin rolu azaldı və rejimin ideoloqlarının şüurunda homoseksuallıq "təbii" kateqoriyasından "cinayətkar sosial pislik" kateqoriyasına keçdi. İkincisi, bu tarixi dövrdə gender və orientasiya mövzuları hakimiyyət tərəfindən siyasi gündəmin bir hissəsi kimi qəbul olunmağa başladı, buna görə də həmin mövzular "əks-inqilabi elementlər" kimi qəbul olunmağa başladı. Üçüncüsü, birinci beşillik plan, kollektivləşmə və iqtisadi çöküş insanların kütləvi köçkünlüyünə və sosial böhrana səbəb oldu. Bununla mübarizə aparmaq üçün hakimiyyət pasport sistemini, insanlar haqqında məlumatların (o cümlədən şəxsi məlumatların) toplanması sistemini tətbiq etdi, "şəhərlərin sosial təmizlənməsi" və "sosial anomaliyalara", "sinfi yad elementlərə", "təmizləmə" planı yaratdı. "Sosial təmizləmə" probleminin həlli Xalq Sosial Təminat Komissarlığına, polisə və BDSİ- yə həvalə edildi. Dördüncüsü, siyasi ab-hava dəyişdi: bu zaman xüsusi xidmət orqanları yeni siyasi repressiyalara başlayır, bu repressiyalar çərçivəsində bir sıra kollektiv " əks-inqilabi fəaliyyət " işlərinə start verdilər.

Tarixçi İrina Roldugina ehtimal edir ki, kriminallaşma BDSİ daxilində əxlaqi fikirlərlə bağlı olmuşdur, çünki onun məlumatına görə, 1930-cu illərdə bu şöbədə xeyli sayda homoseksual var idi.

Repressiyanın başlanması 1933-cü ilin avqust-sentyabr aylarında BDSİ bir sıra basqınlar etdi və Leninqrad və Moskvada bir neçə yüz homoseksual saxlandı. 15 sentyabr idarənin sədr müavini H. Yaqoda Mərkəzi Komitəsinin katibi İ. V. Stalinə bu barədə məlumat göndərdi. Bundan sonra homoseksuallığa qarşı bir sıra qanunlar qəbul edilməyə başladı.

Yeni qanunlarla homoseksual insanların 3 ildən 8 ilə qədər həbsi nəzərdə tutulurdu. RSFSR yeni qanunları Avropa respublikaları, Gürcüstan və Ermənistan SSR Cinayət Məcəllələrinin "seksual cinayətlər" bölməsində, Tacikistanda ("baçebazstvo") və Özbəkistan SSR-də ("besakalbazstvo") yeni maddələr olaraq yerləşdirildı. Müvafiq təsnifatının olmadığı Türkmənistan və Azərbaycan SSR-də mövcud maddələr sadəcə olaraq əlavə edilmişdi. Qazaxıstan, Qırğızıstan ərazisinə də şamil edildi və ən son Litva, Latviya və Estoniya SSRİ-nin tərkibinə daxil edildikdən sonra RSFSR Cinayət Məcəlləsinin normaları 1961-ci ilə qədər qüvvədə olmuşdur.

Repressiyanın gedişi Rəsmi cinayət qanunu qəbul edilməzdən əvvəl, 1933-cü ildən etibarən SSRİ-nin böyük şəhərlərində " Stalin repressiyaları " çərçivəsində homoseksuallara qarşı bir sıra reydlər keçirildi. 1933–1934-cü illərdəki repressiyaların miqyası məlum deyil. Leninqradda həbs edilən 175 nəfərin 89-u işçi, 29-u incəsənət xadimi, 24-ü fəhlə, 14-ü alim və müəllim, 13-ü işsiz, 2-si keşiş olub. İstintaq orqanları homoseksuallara qarşı "əks-inqilabi fəaliyyətdə" ittihamları xüsusilə vurğuladılar. Belə ki, RSFSR Cinayət Məcəlləsinin 58-ci maddəsi ilə şair E. Q. Qerken, teatrşünas Q. K. Krıjitski və müğənni N. S. Artamonov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Bununla belə, bəzi şəxslər RSFSR Cinayət Məcəlləsinin 151-ci maddəsi ("məcburi fahişəlik, əxlaqsızlıq yuvası saxlama") ilə məhkum ediliblər.

Stalinin ölümündən sonra SSRİ

Xruşovun cinayət islahatları 1956-cı ildə İ. V. Stalinin ölümündən sonra ölkədə total zorakılıq sisteminin dəyişilməsinə yönəlmiş "destalinizasiya " və " Xruşovun islahatları " başlandı. DTK nəzarət altına alındı, kütləvi terror dayandırıldı, amnistiya elan edildi, repressiv qanunlara yenidən baxıldı, dövlət ideologiyasına düzəlişlər edildi.

Bununla belə, "sosialist qanunların" bərqərar olması homoseksualların əleyhinə siyasətin yenidən nəzərdən keçirilməsinə səbəb olmadı. Hətta 1958-ci ildə RSFSR Daxili İşlər Nazirliyinin "Sodomiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" məxfi sənədi qəbul olunsa da, onun məzmunu hələ də dövlət sirridir.

1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində cinayət qanunvericiliyinin islahatı zamanı RSFSR və müttəfiq respublikaların yeni cinayət məcəllələri qəbul edildi, bu məcəllələrdə homoseksual münasibətlərə görə cəza qüvvədə qaldı. Təqiblərin davam etməsi cəmiyyətdən silinməli olan "mənəvi pozğunluğun" bir forması kimi homoseksuallığa qarşı mübarizə ilə izah olunurdu.

Lesbianların təqibi Rusiyada əvvəlki tarixi dövrlərdə olduğu kimi könüllü qadın eynicinsli münasibətlər qanunla mühakimə olunmurdu. Lakin Xruşovun islahatları dövründə seksologiya sahəsində elmi tədqiqatlar canlanmağa başladı. Bu tədqiqatlarda qadın homoseksuallığı da araşdırıldı və məcburi "müalicə" cəhdlərinə səbəb oldu.