Arşın mal alan tammetrajlı bədii filmi"2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011. rejissor Boris Svetlov tərəfindən 1917-ci ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir.

Kinokomediyanın qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar. Filmdə rolları Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzəağa Əliyev, Aleksandra Olenskaya, Hənəfi Terequlov və Yeva Olenskaya ifa edirlər.

Məzmun Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.40.

Film haqqında Adətə görə o vaxt qadınlar nəinki səhnəyə çıxmır, hətta onların ictimai yerlərdə görünmələrinə də icazə verilmirdi. Ona görə də o dövrdə qadın rollarını kişilər oynayırdılar. Filmin çəkilişi ilə bağlı rejissor da bu qaydaya riayət etməyə məcbur olur. O, Gülçöhrə və Cahan xala rollarına kişi aktyorlardan Əhməd Ağdamski və Yunis Nərimanovu çəkir.

Film ilk dəfə Bakıdakı "Forum" kinoteatrında nümayiş etdirilmişdir. Musiqiçilər salonda operettadan musiqi parçaları ifa edirdilər. Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyalar oxuyurdular.

Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir Hacıbəyovun təkidi ilə yanvarın 8-də ekrandan çıxarılmış, lakin qaranlıq kadrlar, yararsız epizodlar kəsilib götürüldükdən sonra 4 hissəli yeni film kimi kinoteatrlarda şərq musiqi orkestrinin müşayiəti ilə təkrar göstərilmişdir."Kaspi" qəzeti, 8 yanvar 1917-ci il, № 6. Güman var ki, bu dəfə G. Belyakov eyni filmi özününküləşdirmiş, sanki təkrar çəkilmiş kimi yenidən ekranlara çıxarmışdır. Bu dəfə filmin hər bir hissəsinin öz adı var idi: "Cavan Əsgər ilə Vəlinin macərası", "Gəlin seçmək", "Arşın mal alan", "İkisi axtardı, dördü evləndi".

Film sonradan bütün Qafqazda nümayiş etdirilmiş, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Və yenidən Bakı tamaşaçılarının mühakiməsinə verilmişdir. Bununla əlaqədar "Kaspi" qəzetinin 1917-ci il 20 aprel tarixli sayında xəbər verilmişdir ki, 4 hissədən ibarət "Arşın mal alan" komediyası Bakının Malıy teatrında aprelin 20-dən 22-dək göstəriləcək və filmi şərq musiqi orkesti müşayiət edəcəkdir. Bu film Üzeyir Hacıbəyovdan gizli surətdə müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə gah 7, gah da 4 hissədə nümayiş etdirilmişdir.

Film Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Üzeyir Hacıbəyov Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq

Rollarda Hüseynqulu Sarabski — Əsgər Əhməd Ağdamski — Gülçöhrə Ələkbər Hüseynzadə — Soltan bəy Yunis Nərimanov — Cahan xala Mirzəağa Əliyev — Süleyman Aleksandra Olenskaya — Asya Hənəfi Terequlov — Vəli Yeva Olenskaya — Telli Məmməd Əlili

İstinadlar

Mənbə Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17. Nailə Rəhimova. ""Arşın mal alan" filminin uğurlu həyatı". //"Təhsil, mədəniyyət, incəsənət" jurnalı.- 2000.- № 4.- səh. 89–92. Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 13. Həsənova, T. "Üzeyir Hacıbəyov və Azərbaycan kinosu". //Kino.- 2006.- 29 sentyabr.- səh. 7. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812. Художественные фильмы дореволюционной России. Век Вишневский. Москва 1945. стр. 85 Aydın Kazımzadə, "Arşın mal alan"ın ilk ekran variantı. Mədəniyyət.- 2011.- 13 may.- S. 10.

Həmçinin bax Arşın mal alan (film, 1945) Arşın mal alan (film, 1965)

Kateqoriya:1917-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:Filma Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Azərbaycanın səssiz filmləri Kateqoriya:Boris Svetlovun filmləri Kateqoriya:Rusiyanın ağ-qara filmləri Kateqoriya:Azərbaycanca filmlər