IEEE 802.11ac-2013 və 802.11ac — IEEE 802.11 protokollarında (Wi-Fi şəbəkə ailəsinin bir hissəsi olan) simsiz şəbəkə standartı. 5 GHz zolağında yüksək ötürücülü simsiz lokal şəbəkələri (WLAN) təmin edir. Wi-Fi Alyansı tərəfindən Wi-Fi 5 olaraq adlandırılmışdır.

Saniyədə ən azı 1,1 giqabit çoxstansiyalı ötürmə qabiliyyətinə və saniyədə ən azı 500 meqabit tək keçidli ötürmə qabiliyyətinə malikdir. Bu 802.11n-in əhatə etdiyi hava-interfeysi konsepsiyalarını genişləndirməklə həyata keçirilir: daha geniş radio frekansının buraxılış zolağının eni (160 MHz-ə qədər), daha çox MIMO fəza axını (səkkizə qədər), aşağı keçidli çoxistifadəçili MIMO (dörd müştəriyə qədər) və yüksək sıxlıqlı modulyasiya (256-QAM-a qədər).

Wi-Fi Alyansı AC simsiz məhsullarının tətbiqini "Dalğa 1" və "Dalğa 2" adlı iki fazaya ("dalğalara") ayırdı. 2013-cü ilin ortalarından etibarən alyans IEEE 802.11ac Draft 3.0 əsasında istehsalçılar tərəfindən göndərilən Dalğa 1 802.11ac məhsullarını sertifikatlaşdırmağa başladı (IEEE standartı həmin ilin sonuna qədər yekunlaşdırılmadı). Daha sonra Wi-Fi Alyansı 2016-cı ildə MU-MIMO (yalnız aşağı keçidli), 160 MHz kanal eni dəstəyi, daha çox 5 GHz çox kanalı və dörd fəza axını (dörd antenna ilə; Dalğa 1 və 802.11n-də üç və IEEE-nin 802.11ax spesifikasiyasında səkkizlə müqayisədə) kimi əlavə xüsusiyyətləri özündə cəmləşdirən Dalğa 2 sertifikatını təqdim etdi. Bu Dalğa 2 məhsullarının Dalğa 1 məhsullarından daha yüksək enə və tutuma malik olacağı mənasını verirdi.

Həmçinin bax IEEE 802.11ad

İstinadlar

Xarici keçidlər 802.11ac Technology Introduction white paper MIMO 802.11ac Test Architectures 802.11ac: The Fifth Generation of Wi-Fi Technical Paper 802.11ac primer Intel Wireless Products Selection Guide

Kateqoriya:IEEE 802.11