Kyenlonq döyüşü — Vyetnam müharibəsində döyüş. Bu, Vyetkonqun Cənubi Vyetnamın Tıonqtyen vilayətində yerləşən Kyenlonq rayonuna soxulması ilə başlamışdır.
Döyüş 12 aprel 1964-cü ildə Vyetkonqun üç batalyonu Kyenlonqa hücum edərək bütün rayonu tez bir zamanda zəbt etmişdir. Kyenlonq üzərində nəzarəti ələ keçirdikdən sonra rayon rəhbərini və ailəsini edam etmişdilər. ABŞ-nin hava dəstəyi ilə gücləndirilmiş Vyetnam Respublikasının Ordusu (VRO) əks-hücuma keçmişdir. Vyetkonq gündüz fəaliyyət göstərsə də, həm VRO qoşunları, həm də ABŞ təyyarələrinə qarşı güclərini qoruya bilmişdilər. Hər iki tərəfdən ağır itkilərin verildiyi səkkiz günlük şiddətli döyüşdən sonra Vyetkonq rayonu tərk etmişdir.
İstinadlar
Kateqoriya:Vyetnam müharibəsinin əməliyyat və döyüşləri Kateqoriya:1964-cü ildə Vyetnam Kateqoriya:1964-cü ildəki münaqişələr Kateqoriya:ABŞ-nin müharibələri