Üçüncü Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Üçüncü Ağalı kəndi Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Alirzah olmuşdur. Yerli əhali arasında Kiçik Ağalı, Yuxarı Ağalı kimi də tanınır. Oykonimin birinci komponenti kəndi ərazidəki eyniadlı iki kənddən (Birinci Ağalı, İkinci Ağalı) fərqləndirməyə xidmət edir.

28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ildə Birinci Ağalı və İkinci Ağalı kəndləri ilə birləşdirilib.

İstinadlar

Xarici keçidlər Bərpa olunacaq ilk azad kənd

Kateqoriya:Zəngilan rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri