Vüqar Ural oğlu Rəsulov () — azərbaycanlı şahmatçı, qrosmeyster (2011).

Karyerası Vüqar Rəsulov 5 aprel 1991-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şahmat məktəbinin yetirməsidir.

Müxtəlif illərdə Azərbaycanı fərqli yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil edib. 2006-cı ildə Avropa çempionatında 16 yaşlı oğlanlar arasında bürünc, bir il sonra isə eyni yaş qrupunda qızıl medal qazanıb.

2006-cı ilin avqust ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənin Ağrı şəhərində keçirilmiş 5-ci Dünya Gənclər U16 Şahmat Olimpiadasında iştirak edib.

2010 və 2011-ci illərdə 20 yaşadək oğlanlar arasında şahmat üzrə Azərbaycan çempionatının, 2012-ci ildə ildə isə kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.Bu dəfə çempion adını Vüqar Rəsulov qazandı

İstinadlar

Xarici keçidlər Vüqar Rəsulov Chessbase.com saytında

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri