Mirnaib Həsənoğlu () — peşəkar fotoqraf, fotoqrafiya ilə bağlı bir çox kitabların müəllifi, Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri.
Həyatı Mirnaib Həsənoğlu 1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildən etibarən peşəkar fotoqrafiya ilə məşğul olur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Universitet) qəbul olunub və 1989-cu ildə oranı bitirmişdir.
Fəaliyyəti 1990-cı ildən etibarən onun fəaliyyəti mətbuatda çap olunmağa başladı. 1995-də Fransanın Nant şəhərində fotosərgidə iştirak etmişdir. 1997-də YUNİSEF tərəfindən "Keçid dövrünün portretlərinin Azərbaycan tərzi" və "Azerbaijan Refuges", 1998-də isə "Azərbaycan" kitablarının müəlliflərindən biri olmuşdu.
1997–2002 "" мüsabiqələrinin iştirakçısı olmuş, 1998-də Açıq Cəmiyyət İnstitutunun Nyu York şöbəsindən "Ehtiyac Pərvanələri" layihəsinə görə təqaüd almışdır.
1998-ci ilin noyabrda Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri olmuş və 2011–2022-ci illərdə həmin birliyə sədrlik etmişdir. O, bu müddət ərzində bir çox fotoalbomların müəllifi kimi beynəlxalq mükafatlara layiq görülmüş, fotosərgilər keçirmişdir.
Mirnaib Həsənoğlunun foto yaradıcılığında Qarabağ mövzusu da hər zaman xüsusi yer tutub. Belə ki, o, istər birinci, istərsə da ikinci Qarabağ müharibəsi ilə bağlı geniş foto arxiv işləyib saxlamışdır. O, 2011-ci ilin dekabrında Fransada Senatda "Haut Garabagh" adlı fərdi foto sərgi keçirib.
2021-ci il aprelin 29-da Milli Azərbaycan Tarixi Muzeyində "Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində" adlı fotosərginin açılışı oldu. Fotosərgi Azərbaycanın 44-günlük Vətən müharibəsinə həsr olunan "Anadır arzulara hər zaman Qarabağ" adlı sərginin çərçivəsində hazırlanıb. Fotosərgidə bir neçə fotoqrafa, o cümlədən Mirnaib Həsənoğluya məxsus 50-dən artıq fotoşəkil nümayiş olundu. Fotoşəkillərin toplanmasında da Mirnaib Həsənoğlu muzeyə dəstək olmuşdur.
Mükafatları ABB şirkətinin İsveçrədə "What is Khnolith" müsabiqəsində I yer. 2000, sentyabr. BMT-nin Azərbaycanda QİÇS-lə mübarizə müsabiqəsində birinci yer. 2000, noyabr. Azərbaycan Fotoqraflar Birliyi — İlin fotoqrafı. 2000. Price water house şirkətinin keçirdiyi foto müsabiqədə birinci yer. 2001, may. Ekologiya foto müsabiqəsində ikinci yer. 2001. Azərbaycan Fotoqraflar Birliyi — Qızıl Arqus mükafatı. 2002. BMT-nin Azərbaycan ofisinin "Kasıbçılıq və gələcək" fotomüsabiqəsinin diplomu. 2004. Qazaxıstanın Aktau şəhərində "Xəzər dostluq dənizidir" festivalının qızıl medalı. 2006. Azərbaycan Mədəniyyət Nazirliyinin keçirdiyi fotomüsabiqədə 1-ci yer. 2006. Açıq Cəmiyyət Fondları "Our Rainbow Colored Life: Drag Performer in Azerbaijan" layihəsi üçün qrant. 2011.
İstinadlar
Kateqoriya:Fotoqrafik proseslər Kateqoriya:Fotoarxivlər Kateqoriya:Azərbaycan fotoqrafları Kateqoriya:Azərbaycan Fotoqraflar Birliyinin üzvləri