Britaniya–SSRİ qoşunlarının İrana müdaxiləsi və yaxud Britaniya–SSRİ qoşunlarının İranı işğal etməsi, həmçinin kod adı "İran əməliyyatı", "Razılaşma" əməliyyatı — Böyük Britaniya (Hindistan müstəmləkə qoşunları da daxil olmaqla), Avstraliya və SSRİ, digər tərəfdən Pəhləvilər İranı arasında İkinci Dünya müharibəsi zamanı 25 avqust — 17 sentyabr 1941-ci ildə baş vermiş silahlı münaqişə.

Müdaxilə Sovet İttifaqının nasist Almaniyasının hücumundan və Sovet İttifaqının Böyük Britaniya ilə razılaşmasından iki ay sonra baş tutdu. Hücum həm də Müttəfiqlərin qonşu İraqda və Fransanın Suriya və Livan koloniyalarında Berlin-Roma-Tokio oxu qüvvələri üzərində qələbəsindən iki aydan az bir müddət sonra baş verdi.

Əməliyyat İranın neft yataqlarının təhlükəsizliyini təmin etmək və Berlin-Roma-Tokio oxu ölkələri və onların müttəfiqlərinə qarşı hərbi əməliyyatlar aparan Sovet İttifaqına təchizat yollarının yaradılması məqsədilə həyata keçirilib. İranın neytrallıq mövqeyinə baxmayaraq, anti-Hitler koalisiyası tərəfindən nasist Almaniyasının müttəfiqi hesab edilən Rza şah Pəhləvi əməliyyatın sonunda devrildi və kiçik oğlu Məhəmməd Rza Pəhləvi İran taxtına oturdu.

Kod adı "İran əməliyyatı'", "Razılaşma" əməliyyatı olan işğal sayca və texnoloji cəhətdən üstün olan İran qüvvələrinin zəif müqaviməti ilə nəticələndi. Çünki İrana qəfil hücum Pəhləvilər dövləti üçün gözlənilməz oldu. İranlıların fəal müqavimətini təşkil edə bilməməsi onun rəqibləri tərəfindən taktiki sürprizlə döyüş əməliyyatlarını bitirməsinə səbəb oldu. Müdaxilə İraq Krallığı, Azərbaycan SSR və Türkmənistan SSR istiqamətindən çoxşaxəli koordinasiyalı hərəkətlər ilə tənzimlənmişdi. Hücumdan 3 ay əvvəl britaniyalılar İraq əməliyyatı çərçivəsində İraqda hərbi çevriliş edərək faşist yönümlü iqtidarı devirmişdilər. Buna görə İrana qərbdən müdaxilə itkisiz ötüşdü. Döyüşlər avqustun 25-də başladı və avqustun 31-də İran hökumətinin artıq atəşkəslə razılaşaraq təslim olmağa rəsmi razılıq verməsi ilə başa çatdı. Müharibə müddətində İran ərazisi müvafiq olaraq Sovet və Britaniyanın təsir dairələrinə bölündü. Həmədan və Qəzvindən şimaldakı ərazilər SSRİ-nin, onlardan cənubda yerləşən ərazilər isə Britaniyanın təsir zonasına daxil oldu

Şahın onun təkidi ilə müharibə başlamazdan əvvəl çəkilmiş yol və nəqliyyat marşrutları şəbəkələrini ləğv etmək istəməməsi anti-Hitler koalisiyası uğrunda müharibənin aparılmasını xeyli asanlaşdırdı və əməliyyatı sürətləndirdi. İran ərazisinin böyük dövlətlərin qoşunları tərəfindən işğalına baxmayaraq, onların rəhbərləri Tehran konfransında dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqda maraqlı olduqlarını təsdiqlədilər. İkinci Dünya müharibəsi illərində Lend-liz proqramı üzrə tədarük edilən təhcizatın 34%-ə qədəri Fars Dəhlizi vasitəsilə Sovet İttifaqına çatdırıldı. İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonra İran ərazisinin işğalının dayandırılması bəyanatlarına baxmayaraq Sovet İttifaqı qoşunları çıxarmaqdan imtina etdi. Bu isə öz növbəsində İran böhranı məsələsinə gətirib çıxardı. Böhran İranın xeyrinə həll olundu. Bu böhran Soyuq müharibənin ilk münaqişələrindən biri kimi də qəbul edilir.

Britaniya imperiyası öz qoşunlarının İran ərazisindən çıxarılmasını 1946-cı ilin martında, Sovet İttifaqı isə 1946-cı ilin mayında başa çatdırdı.

Tarixi 250px|thumb|right|Rza Şah Pəhləvi haqqında "Qaytarılmış əmlak" kitabından ingilis-sovet birliklərinin İrana hücumuna həsr olunmuş səhifə 1925-ci ildə vətəndaş müharibəsi, iğtişaşlar və xarici müdaxilə bitdikdən bir neçə il sonra İranda Şah Rza Pəhləvi hakimiyyətə gəldi. Daha sonra, 1935-ci ildə o, xarici səfirlərdən rəsmi yazışmalarda yerli sakinlər arasında yayılmış dövlətin tarixi adı olan "İran" ifadəsini istifadə etməyi xahiş etdi. Pəhləvi ölkənin iqtisadi, mədəni və hərbi modernləşdirilməsi üçün möhtəşəm proqram həyata keçirməyə başladı. Qacarlar dövründə parçalanmış və təcrid olunmuş dövlət olan İran sürətlə müasir sənaye dövlətinə çevrilirdi. Bundan əlavə, şahın fəaliyyəti sayəsində bir sıra mühüm infrastruktur obyektlərinin tikintisi, şəhərlərin urbanizasiyası, nəqliyyat yolları şəbəkəsinin artırılması və məktəblərin tikintisi mümkün oldu. O, həm də neytrallıq siyasəti yürüdürdü, lakin ölkəni modernləşdirməyə dair iddialı planlarını daha da həyata keçirmək üçün ona Qərbin iqtisadi dəstəyi, o cümlədən maliyyə dəstəyi lazım idi.

22 iyun 1941-ci ildə Barbarossa əməliyyatı başlayandan sonra Britaniya imperiyası və Sovet İttifaqı bir-birinə münasibətdə müttəfiq mövqelər tutdular ki, bu da İranın işğalı üçün əsas şərt idi. Vermaxtın SSRİ-nin dərinliklərinə sistemli hücumu ilə əlaqədar olaraq, Trans-İran Dəmiryolunun ərazisindən keçən Fars dəhlizi ABŞ tərəfindən həyata keçirilən Lend-liz proqramını həyata keçirməyin ən asan yollarından biri idi. İngilis və sovet mühəndisləri bu dəmir yolunun böyük əhəmiyyətini dərk edirdilər və onu ciddi nəzarət altında saxlamağa çalışırdılar. Alman sualtı qayıqlarının İngilis-Amerika dəniz karvanlarına hücumlarının sayının artması və Arxangelsk bölgəsində dənizin sürətlə buzla örtülməsi şimal dəniz marşrutundan istifadə potensial təhlükəsinin artmasına səbəb oldu. Bunun nəticəsində Trans-İran dəmir yolundan intensiv qeyri-məhdud istifadə əhəmiyyətli dərəcədə artdı. Bundan əlavə, Sovet hökuməti yəqin ki, Cənubi Azərbaycanı və Türkmən Səhranı ("Türkmən çölü") öz ərazisinə daxil etmək, habelə İranda kommunistlərini hakimiyyətə gətirmək istəyirdi. Böyük Britaniya və SSRİ-nin İrana təzyiqi Tehranda gərginliyin artmasına və Britaniyaya qarşı kütləvi nümayişlərə səbəb oldu ki, bu da ingilislərin fikrincə, almanpərəst xarakter daşıyırdı. İranın strateji mövqeyi sovet neftli rayonlarının və Qırmızı Ordunun arxa cəbhədəki hissəsinin təhlükəsizliyinə mane olurdu və Hindistanla Aralıq dənizi arasındakı ingilis hərbi yollarına təhlükə yaradırdı.

Anti-Hitler koalisiyasının alman işçiləri və diplomatlarını İrandan qovmaq tələbləri şah tərəfindən rədd edildi. Britaniya diplomatik missiyasının məlumatına görə, 1940-cı ildə İranda minə yaxın alman işləyirdi. İttilaət qəzetinin məlumatına görə, 4630 əcnəbi arsında almanların sayı 690 nəfər idi. O cümlədən də ölkədə 2590 ingilis var idi. Avstraliyalı tarixçi Con Beaumont İranda yaşayan almanların sayını "3 min nəfərdən çox olmamaq şərti ilə" hesablamışdı. Lakin strateji əhəmiyyətli sənayelərdə, nəqliyyat şəbəkəsində, rabitə şəbəkəsində və digər sahələrdə işlədikləri üçün onların təsiri real saya qeyri-mütənasib hesab olunurdu.

İran uzun illərdən bəri Almaniya imperiyası ilə əlaqələrə malik idi, o eyni zamanda həm Rusiya imperiyasının, həm də Sovet İttifaqının xarici siyasət ambisiyalarına qarşı durmağa çalışırdı.Дашицина М. В. Германская пропаганда в Иране в период второй мировой войне. // :ru:Военно-исторический журнал. — 2019. — № 3. — С.49–56. Qeyd edək ki, İran İngiltərə və Ruslara xas olan təcavüzkar müstəmləkə siyasəti yeritmədiyi üçün Almaniya ilə iqtisadi əlaqələr qururdu. Məhz bunun sayəsində İranın diplomatik nümayəndələri Vermaxt tərəfindən işğal olunmuş Avropadan min yarımdan çox yəhudini çıxararaq onlara gizli şəkildə İran vətəndaşlığına zəmanət verirdilər.

İngilislər İranı nasist Almaniyasını dəstəkləməkdə və almanpərəst siyasət yürütməkdə ittiham etməyə başladılar. İkinci Dünya müharibəsinin əvvəlində dövlətin neytral mövqe tutmasına baxmayaraq, İran Böyük Britaniya üçün böyük iqtisadi maraq kəsb edirdi. İngilislər İngiltərə-Fars Neft Şirkətinə məxsus olan Abadan neft emalı zavodunun almanların əlinə keçməsindən ehtiyat edirdilər. 1940-cı ildə 8 milyon ton neft hasil edən zavoda ingilislər özlərinin hərbi-iqtisadi fəaliyyətlərində böyük əhəmiyyət verirdilər. Gərginliyin ilk mərhələsi 1931-ci ildə Rza şah Pəhləvi tərəfindən Böyük Britaniyaya İran neftini satmaq üçün müstəsna hüquq verən D'Arcy konsessiyasının ləğvi ilə əlaqədar baş verdi. Qeyd edək ki, bu konsessiya görə İran ildə cəmi 10–16% gəlir əldə edirdi.

Böyük Britaniya və SSRİ-nin təzyiqi ilə iranlılar Almaniya ilə ticarəti məhdudlaşdırmağa başladılar. Rza şah Pəhləvi Böyük Britaniya və Sovet İttifaqının kifayət qədər güclü təsiri ilə əlaqədar olaraq bu məsələdə aqressiv mövqe tutmadı. Həmin vaxt Britaniya qoşunları artıq İraq əməliyyatından sonra işğal etdikləri İraqda kifayət qədər böyük kontingentlə təmsil olunurdular. Beləliklə, əməliyyat başlayanda böyük sayda ingilis ordusu İranın qərb sərhədində cəmləşdirilmişdi.

Əməliyyatın gedişi Qəfil, səbəbsiz hücum iranlıları hazırlıqsız yaxalamalı idi. Əməliyyat başlayanda İran hökuməti müvafiq olaraq iyulun 19-da və avqustun 17-də almanların İran ərazisindən çıxarılmasını tələb edən iki diplomatik nota aldı. Baş nazir Rəcəbəli Mənsur avqustun 17-də verilən ikinci notanın mətnini üstüörtülü ultimatum kimi qiymətləndirdi. Sonralar Hindistanın general-qubernatoru Arçibald Vavel öz məruzəsində yazırdı: "… görünür, İran hökuməti Britaniyanın Xuzistana vaxtından əvvəl hücumunu tamamilə gözləyirdi və buna görə də Əhvaza həm yüngül, həm də orta çəkili tanklardan ibarət əlavə qüvvələr göndərmişdi."

İşğal əməliyyatı başlayandan az sonra şah Britaniya və Sovet səfirləri Rider Ballardı və Andrey Smirnovu izahat üçün yanına çağırdı. Dövlətlərinin hansı əsasla onun ölkəsini işğal etdiyini və niyə müharibə elan etmədiklərini soruşdu. Hər ikisi cavab verdi ki, bu, İranda "alman nümayəndələrinin" olması ilə bağlıdır. Rza şah Pəhləvi almanların qovulmasını əmr etsə, hücumun davam edib-etməyəcəyini soruşduqda heç bir cavab verilmədi. Şah Franklin Ruzveltə teleqram göndərərək ondan hərbi əməliyyatların daha da genişlənməsinin qarşısını almasını xahiş etdi. Birləşmiş Ştatlar neytral mövqe tutdu və buna görə də münaqişəyə təsir etmək istəmədi. Ruzvelt Rza şaha cavab verdi ki, onun xahişini təmin edə bilməyəcək, həmçinin onun dövlətinin "ərazi bütövlüyünə" hörmət göstəriləcəyinə ümid etdiyini bildirdi.

Hərbi əməliyyatların başlaması 200px|thumb|left|Körfəz Komandanlığının xəritəsində hərbi qarnizonların və dəmiryol stansiyalarının yeri Hücum Fars körfəzindən Britaniya və Avstraliya donanmaları, quru və hava hissələri və Britaniya imperiyasının silahlı qüvvələrinin birləşmələri tərəfindən başladı. Cənubi Qafqazdan aviasiya və Xəzər hərbi flotiliyasının dəstəyi ilə general Dmitri Kozlovun komandanlığı ilə Zaqafqaziya Cəbhəsinin 44-cü və 47-ci orduları və Şimali Qafqaz Hərbi Dairəsinin 53-cü Ordusu İranın şimal hissəsinə daxil oldular. Əməliyyatda minə yaxın T-26 tankı iştirak edirdi.

İranın cənubundakı əməliyyatın başlanmasından 6 gün sonra general-leytenant Edvard Kvinanın İraq ordusu komandanlığı Fars-İraq adını aldı. Fars-İraq ordusuna 8-ci və 10-cu Hindistan Piyada Diviziyaları, 2-ci Ayrıca Zirehli Briqada, sonradan 9-cu Zirehli Briqadanın bir hissəsi olan 1-ci Britaniya Süvari Diviziyasının 4-cü Süvari Briqadası və 21-ci Hindistan Piyada Briqadası daxil idi. Ordunun ümumi sayı aviasiya, tank və artilleriya birləşmələri ilə birlikdə 200.000 nəfər təşkil edirdi.

Hərbi əməliyyatların başlanmasına cavab olaraq, İran ordusu komandanlığı sayı 126–200 min nəfər olan 9 piyada diviziyasını döyüşə hazır vəziyyətə gətirdi. Onların bir hissəsi motorlu idi, iki diviziya isə tanklarla silahlanmışdı. O vaxta qədər İranın quru qoşunları modernləşmə mərhələsində idi. Döyüş effektivliyinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması işi aparılırdı. Müharibənin əvvəlində bu, aşağı döyüş hazırlığında və və tank bölmələri, aviasiya ilə bir neçə cəbhədə düşmənə cavab verə bilməməsində əksini tapdı. Şah müharibənin əvvəlinə qədər modernləşməni başa çatdıra bilmədi və İran ordusu döyüş əməliyyatlarından daha çox dinc əhaliyə qarşı repressiya ilə məşğul idi. 250px|thumb|right|SSRİ-yə gedən yolda Fars səhrasında Lend-Liz yükləri ilə Studebakerlər kalonu.