Vyetnam müharibəsində Tailand — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Tailand krallığının iştirakı. Tailand o dövrdə hərbi diktator feldmarşal Tanom Kittikaçon rəhbərliyi altında Vyetnam müharibəsində fəal rol oynamışdı. Tailand ABŞ və Cənubi Koreyadan sonra Cənubi Vyetnama quru qüvvələrinin üçüncü ən böyük təchizatçısı idi.
Tailanda yaxın olması səbəbindən Vyetnamda baş tutan münaqişələr Banqkok tərəfindən yaxından izlənilirdi. Tailandın iştirakı 1963-cü ildə ABŞ-nin Cənubi Vyetnamı dəstəkləməkdə tam iştirakına qədər rəsmiləşməmişdi. Tailand hökuməti daha sonra Tailandda Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə öz hava və dəniz bazalarından istifadə etməyə icazə vermişdi. Müharibənin qızğın vaxtında Tailandda, əsasən, hava qüvvələri olmaqla, təxminən 50,000 Amerika hərbi qulluqçusu yerləşdirilmişdi.
Həmçinin bax Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Vyetnam müharibəsi Kateqoriya:Tailandın müharibələri Kateqoriya:Tailandda antikommunizm