Kuanqyen () — Vyetnamın şimal-şərqində, Kuanqnin vilayətində sahil şəhəri.

Tarixi 1802-ci ildə Nquyen The-to, Nquyen sülaləsinin ilk imperatoru, şimal-şərqdə Vyetnamın varlığını qurmaq üçün Yenkuanq şəhərini qurmuşdu. 1822-ci ildə imperator Nquyen Thanh-to Yenkuanq şəhərinin adını Kuanqyen olaraq dəyişmişdir.

2 iyul 1964-cü ildə Hökumət Şurası Kuanqyen şəhərinin statusunun birinci dərəcəli inzibati vahiddən Yenhınq rayonunun şəhər kommunasına dəyişdirilməsi haqqında 106-SR nömrəli qərar vermişdi. 2010-cu ilin sonuna Yenhınq rayonunda Kuanqyen şəhəri və 18 icma daxil olmaqla 19 inzibati bölmə var idi.

25 yanvar 2011-ci ildə Tikinti Nazirliyi 108/QD-BXD qərarını vermişdi, bu qərarda Kuanqyen 4-cü kateqoriya şəhər kimi tanınmışdır.

İqtisadiyyat 2012-ci ildə akvakultura istehsalı 5,680 tondan çox olmuşdur ki, bunun da 2,300 tondan çoxu krevetlərin payına düşür.

2012-ci ilin oktyabr ayının sonuna büdcənin ümumi gəliri 208 milyard donqdan çox olub.

İstinadlar

Kateqoriya:Vyetnam şəhərləri